Qəbələ, Qax və İsmayıllı pilot peşə təhsili müəssisələri üçün hazırlanan strateji inkişaf planlarının təqdimatı keçirilib.
Strateji inkişaf planları pilot peşə təhsili müəssisələrinə müstəqil inkişaf yollarını müəyyənləşdirməyə, seçilmiş biznes ideyaları üzrə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla büdcədənkənar maliyyələşməyə nail olmağa imkan yaradacaq. Strateji inkişaf planlarının hazırlanması zamanı hər üç pilot peşə təhsili müəssisəsinin insan resursları, mövcud infrastrukturu, maddi-texniki bazası, eləcə də regionun xüsusiyyətləri və dövlətin iqtisadi inkişaf istiqamətində prioritet hesab edilən sahələr nəzərə alınıb.
Strateji inkişaf planlarının gələcəkdə digər peşə təhsili müəssisələri üçün əlçatanlığını təmin etmək məqsədilə “Strateji inkişaf planlarının hazırlanması təlimatı” da tədbir iştirakçılarına təqdim edilib.
Qeyd edək ki, təqdimat Avropa İttifaqının maliyyə dəstəyi ilə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti tərəfindən icra olunan “Qəbələ, Qax və İsmayıllı rayonlarında duala bənzər peşə təhsili və təlimi pilotlarının yaradılması” layihəsi çərçivəsində həyata keçirilib. Layihə pilot olaraq Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi, İsmayıllı Peşə Tədris Mərkəzi və Qax Peşə Liseyində tətbiq olunur.
Tehsil-press.az