İran ixracı və əldə edilən gəliri artırır

İran ixracı və əldə edilən gəliri artırır İranın 2,2 milyard avro dəyərində yeni neft-kimya layihəsi 23 avqust-22 sentyabr tarixlərində istismara veriləcək.
Bunu İranın İxrac İnkişafı Bankının (Export Development Bank of Iran) icraçı direktoru Əli Salehabadi II Milli İxracat, Sığorta və İnvestisiya konfransında deyib.
Ə.Salehabadinin sözlərinə görə, bu neft-kimya layihəsi İranın ixracdan əldə edilən gəlirinə ildə 1 milyard dollar əlavə edəcək.
Salehabadi əlavə edib ki, hazırkı şəraitdə qeyri-neft məhsullarının ixracı əhəmiyyət daşıyır.

Tehsil-press.az

Oxşar xəbərlər