İtaliyanın Bolonya və Paduya universitetləri ölkənin “Censis” Sosial-İqtisadi Araşdırmalar İnstitutunun tərtib etdiyi reytinq siyahısında ali təhsil müəssisələri arasında birinci yerdə qərarlaşıb. Siyahıda onları Florensiya və Romanın “La Sapienza” universitetləri izləyib. Həmçinin Peruca, Trento və Kamerino universitetləri top ali məktəblər sırasında yer alıb.
Qeyd edək ki, 1964-cü ildə əsası qoyulan “Censis” təşkilatı tələbələrə təhsil, araşdırma, texniki dəstək, iş imkanları və məsləhət xidmətlərini göstərir.
Asiman Əsədov
Qeyd edək ki, 1964-cü ildə əsası qoyulan “Censis” təşkilatı tələbələrə təhsil, araşdırma, texniki dəstək, iş imkanları və məsləhət xidmətlərini göstərir.
Asiman Əsədov