Gəncə Dövlət Universitetinin Ümumi fizika” kafedrasının müəllimi və doktorantı Aygün Kazımova Monteneqronun Herçenqnovi şəhərində keçirilən “Radiyasiyanın müxtəlif tədqiqat sahələri” adlı 17-ci elmi konfransda iştirak edib.
Radiyasiyanın müasir problemlərinə həsr edilmiş bu konfransda gənc tədqiqatçı “Kalium, Manqan, Tellur (Selen) kristalının elektron strukturunun tədqiqi və qamma-radiyasiyanın epitaksal filmlərinin optik xüsusiyyətlərinə təsirləri” adlı mövzu üzrə çıxış edib. Təqdim etdiyi mövzu üzzrə elmi işini davam etdirən Aygün Kazımova uğurlu çıxışına görə konfransın sertifikatı ilə təltif olunub.
Qeyd edək ki, Azərbaycanı həmin konfransda həmçinin professorlar – Arif Məhərrəmov, Elimxan Cəfərov və Mətanət Mehrabova təmsil edib.

GDU-nun Mətbuat Xidməti