İyulun 19-da Azərbaycan Dillər Universitetində (ADU) media nümayəndələri ilə görüş keçirilib. ADU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin qərarı ilə 22 iyul – Milli Mətbuat Günü münasibətilə KİV nümayəndələrinə tələbələrə verdiyi dəyərə, tələbəlik həyatını mətbuatda obyektiv və xüsusi şəkildə işıqlandırdıqlarına görə təşəkkürnamələr təqdim olunub.
ADU-nun rektoru, Xalq yazıçısı, akademik Kamal Abdulla rəhbərlik etdiyi ali məktəblə əməkdaşlıq edən bütün jurnalistlərə təşəkkürünü bildirib: “Universitetimizə obyektiv, xoş münasibət göstərən media nümayəndələrinə təşəkkürümü bildirirəm. Obyektiv jurnalist baxışını həmişə yanımızda hiss etmişik. ADU-nun qapıları medianın üzünə hər zaman açıq olub, əlbəttə, bundan sonra da belə olacaq”.
Elmi işlər üzrə prorektor, dosent Sevinc Zeynalova Milli Mətbuat Günü münasibətilə jurnalistləri təbrik edib, 1875-ci il iyulun 22-də Həsən bəy Zərdabi tərəfindən nəşr olunan “Əkinçi” qəzetinin nəşri tarixindən söz açıb.
Sevinc Zeynalova “Əkinçi” qəzetində mütərəqqi ideyaların əks olunduğunu, qəzetin xalqın maariflənməsində, yenilik və bəşəri ideyaların təbliğində mühüm rol oynadığını söyləyib.
Prorektor bildirib ki, ümummilli lider Heydər Əliyevin “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” 1998-ci il 6 avqust tarixli Fərmanı ilə ölkədə kütləvi informasiya vasitələri üzərində senzura ləğv edilib. Bu sənəd kütləvi informasiya vasitələrinin sürətli inkişafına ciddi təkan verib: “Ulu Öndərin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin 2009-cu il 3 aprel tarixli Fərmanına əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradılıb. Bunun nəticəsidir ki, biz bu gün söz, məlumat azadlığı şəraitində yaşayırıq. Tarixə nəzər salsaq, görərik ki, Azərbaycan mətbuatı zəngin və möhtəşəm yol keçib”.
Sevinc Zeynalova universitetdə imtahan prosesinin gedişini müşahidə etmək məqsədilə KİV nümayəndələrinin iştirakı ilə mediaturların təşkil olunduğunu söyləyib, həmin məlumatların geniş və obyektiv işıqlandırılmasına görə jurnalistlərə təşəkkürünü bildirib.
Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor, dosent Tamam Cəfərova ADU-nun mətbuat üçün daim açıq olduğunu, media nümayəndələri ilə universitetin dostluq etdiyini deyib. O, “Əkinçi”dən başlayan, “Molla Nəsrəddin”lə möhkəmlənən bu şərəfli və çətin yolun müstəqillik illərində daha da davam etdirildiyini və dünya mətbuatı səviyyəsinə çatdırıldığını söyləyib. 2003-cü ildə ümummilli lider Heydər Əliyevin “Jurnalistlərin dostu” seçilməsinin təsadüfi olmadığını deyib, Ulu Öndərin mətbuat nümayəndələri ilə səmimi söhbətlərindən söz açıb.
Tamam Cəfərova jurnalistika fakültəsinin ilk dəfə yaradılması və Azərbaycandan kənar ölkələrə jurnalistlər göndərilməsinin bu sahənin inkişafına töhfə verən vacib məqamlardan biri olduğunu deyib.
Prorektor demokratik inkişafın əsas atributunun söz və mətbuat azadlığı, daşıyıcılarının isə kütləvi informasiya vasitələri olduğunu söyləyib, bu gün mətbuatımızın etibarlı əllərdə olduğunu vurğulayıb. O, jurnalistlərə Azərbaycan dövlətinin inkişafı istiqamətində fəaliyyətlərində uğurlar arzulayıb.
ADU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Şahin Sərdarlı tələbə həyatına önəm verən, obyektiv şəkildə sayt və qəzetlərdə xəbərləri dərc edən media nümayəndələrinə təşəkkürnamə verməyin böyük qürur olduğunu diqqətə çatdırıb. O, ADU-da keçirilən “Xəlifə günü” layihəsində ötən il universitetin xəlifə mətbuat katibi seçildiyini deyib, həmin layihə ilə bağlı silsilə şəklində maraqlı reportajlar hazırlanıldığını xatırladıb.
Tədbirdə Azərbaycanın ictimai fikrinə kifayət qədər təsir edə bilən jurnalistlərin toplaşdığını deyən “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə həmkarlarını Milli Mətbuat Günü münasibətilə təbrik edib. O, ADU-nun rektoru Kamal Abdullanın hər zaman cəmiyyətə açıq insan olduğunu söyləyib. Vüqar Rəhimzadə universitet rəhbəri başda olmaqla, əməkdaşların media ilə işinin düzgün qurulduğunu və KİV-lərin işinə daim dəstək olduqlarını bildirib: “Bizə verdiyiniz dəyərə görə sizə təşəkkürümü bildirirəm. Biz də ADU-nun həyata keçirdiyi yaxşı işlərə dəstək olacağıq”.
“Şərq” qəzetinin redaktoru Ayyət Əhməd ADU-nun məzunu olduğunu və əlaqələrin davam etdirildiyini diqqətə çatdırıb.
Daha sonra ölkənin bir sıra sayt və qəzet əməkdaşlarına təşəkkürnamə və hədiyyələr təqdim olunub.

ADU-nun Mətbuat Xidməti