İraq səfiri BDU-da olub

İraq səfiri BDU-da olub İraqın Azərbaycandakı səfiri Fədhi Avad Cebur əl-Şuvayli Bakı Dövlət Universitetində olub.
Rektor Elçin Babayev Bakı Dövlət Universiteti, onun inkişaf strategiyası və gələcək planları barədə danışıb. Şərqşünaslıq fakültəsində ərəb dili və ədəbiyyatının tədrisi barədə məlumat verən rektor qarşılıqlı əlaqələrin inkişafında maraqlı olduğunu bildirib.
Səfir Fadhi Avad Cebur əl-Şuvayli İraq universitetləri ilə əlaqələrin genişlənəcəyinə və Azərbaycanın ali təhsil müəssisələrində təhsil alan iraqlı tələbələrin sayının daha da artacağına ümidvar olduğunu bildirib.
Görüşdə ölkələrarası münasibətlər, elm və təhsil sahəsində əməkdaşlıq əlaqələrindən danışılıb, müəllim-tələbə mübadiləsi, birgə konfranslar və simpoziumların keçirilməsi kimi məsələlər müzakirə edilib.

BDU-nun Mətbuat Xidməti


İraq səfiri BDU-da olub

Oxşar xəbərlər