Pekin Xarici Dillər Universitetinin rektoru, professor Pen Lonun başçılıq etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetində olub. Qonaqları salamlayan rektor, akademik Abel Məhərrəmov BDU-nun dünyanın bir çox elm-təhsil ocaqları, o cümlədən Çinin tanınmış universitetləri ilə səmərəli əməkdaşlıq əlaqələri qurduğunu bildirib. BDU nəzdində yaradılan Konfutsi İnstitutu haqqında danışan rektor, eyni zamanda, Şərqşünaslıq fakültəsində Çin dili və ədəbiyyatı ixtisası üzrə tələbə hazırlığı barədə məlumat verib.
Pekin Xarici Dillər Universitetinin rektoru Pen Lon, öz növbəsində Bakı Dövlət Universitetində olmaqdan məmnun olduğunu söyləyib. Çində Azərbaycan mədəniyyətini ciddi şəkildə öyrənib, tədqiq və təbliğ etməyə maraqlı olan Pekin Xarici Dillər Universiteti haqqında danışan rektorun sözlərindən məlum olub ki, “Bir kəmər, bir yol” strategiyası çərçivəsində Çinin Azərbaycan ilə əlaqələrinin inkişafını nəzərə alan ölkənin Təhsil Nazirliyi PXDU-da Azərbaycan dili üzrə kadrların hazırlanmasını qərara alıb. Növbəti tədris ilində 12 çinli gənc Azərbaycan dili üzrə dördillik bakalavriat təhsili almaq imkanı qazanacaq. Tədris proqramına Azərbaycan dili ilə yanaşı, Azərbaycan tarixi, mədəniyyəti, ədəbiyyatı fənləri də daxil edilib. Byunun üçün universitet Azərbaycan dili dərsliklərinin, lüğətlərinin yazılması üçün xüsusi qrantlar ayırıb, müasir Azərbaycan ədəbiyyatı və Çin-Azərbaycan əlaqələrinin tarixinə aid olan dərin və geniş tədqiqat işləri həyata keçirməkdədir.
Qarşılıqlı maraq doğuran görüşdə tələbə-müəllim mübadiləsi, dil, beynəlxalq münasibətlər, ədəbiyyat, regionşunaslıq, Azərbaycanşünaslıq, beynəlxalq münasibətlər, idarəetmə və digər sahələrdə birgə kadr hazırlamaq kimi məsələlərə toxunulub.
Sonra Şərqşünaslıq fakültəsinin dekanı Elxan Əzizov, Filologiya fakültəsinin dekanı Elçin Məmmədov, Konfutsi İnstitutunun direktoru Oqtay Cəlilbəyli bu istiqamətdə fikirlərini bölüşüblər.
Qeyd edək ki,1941-ci ildə fəaliyyətə başlayan və əsasən Çin Xarici İşlər Nazirliyi üçün kadrların hazırlanması ilə məşğul olan PXDU-nun məzunları arasında 400-dək səfir, minlərlə diplomat olub. Universitetin hazırda 87 ölkədən 451 təhsil ocağı ilə müxtəlif səviyyələrdə əlaqələri var.
Mətbuat və informasiya şöbəsi