Ölkə xaricində 9 milyondan çox rumın yaşayır

Ölkə xaricində 9 milyondan çox rumın yaşayır Rumıniya xaricində 9 milyon 700 min rumın yaşayır.
Bu barədə Rumıniyanın Xaricdə yaşayan rumınlarla iş üzrə nazirliyi 70 diplomatik missiyasından topladığı məlumatlara əsaslanaraq məlumat yayıb.
Bildirilir ki, bunlardan 5 milyon 600 mini diaspor, qalanları isə tarixən rumınların məskunlaşdığı qonşu dövlətlərin ərazisində yaşayır. Miqrasiyanın ən yüksək həddi Rumıniyanın 2007-ci ildə Avropa İttifaqına daxil olması ilə qeydə alınıb. Rumıniyanın ən böyük diasporu İtaliyadadır, burada 1 milyon rumın, Almaniyada 680 min, İspaniyada isə 573 min rumın yaşayır. Miqrasiyanın əsas səbəbi xarici ölkələrdə gəlirlərin daha artıq olması göstərilir.

Tehsil-press.az

Oxşar xəbərlər