Türkiyədə 6 bal gücündə zəlzələ olub. Saat 14:19 radələrində Dənizlidə baş verən zəlzələ Antalya, İzmir, Muğla, Aydın və Spartadada hiss olunub.
Dənizli İcra Hakimiyyətindən bildirilib ki, insan tələfatı olmasa da, sökülən ev və obyektlər var. Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin yaydığı məlumata görə, zəlzələ episentrdə 7,09 metr dərinliyində olub.
Dənizli Mərkəzi Xəstəxanasından bildirilib ki, zəlzələdən sonra 6 nəfər müraciət edib. Onlardan 5-i qorxub, 1-i isə pəncərədən tullanıb. Vəziyyəti yaxşıdır.
Bozkurt şəhər bələdiyyə sədri zəlzələ anını belə izah edib: “Zəlzələ 15-20 saniyə çəkdi. Biz iclasda idik, qonşu binanın divarı bizim otağın üzərinə uçdu. Bir çox evin divarlarında dərin çatlar var. Bu səbəbdən sakinlərə evlərini tərk etməklə bağlı xəbərdarlıq edilir. 2 ev dağılıb, çox şükür, insan tələfatı yoxdur”.
Tehsil-press.az