Bu il 5 ixtisas üzrə ilk dəfədir ki, qəbul planına salınan Bakı Avrasiya Universitetinin eyniadlı kollecinin plan yeri tam dolub.
Bu göstərici digər kollecləri faiz dərəcəsi ilə geridə qoyub. Bu barədə açıqlama verən bakı Avrasiya Universitetinin Mətbuat və İnformasiya xidmətinin rəhbəri Şəfayət Avılbəyli bildirib ki, hazırda universitetdə və kollecdə sənəd qəbulu yüksək səviyyədə həyata keçirilir. Valideynlərin təhsil haqqı ödənişi ilə bağlı çoxsaylı müraciətləri yerindəcə öz həllini tapır.
Mətbuat katibi universitetdə də bu il qəbul planının 85 faiz nəticə göstərdiklərini qeyd edib. Ən çox abituriyentləri hansı məsələlər maraqlandırır sualına mətbuat katibi belə cavablandırıb:
"Subbakalavların bu il universitetlərə qəbul olunmaları ortalığa bəzi suallar yaradıb. Belə ki,əksəriyyət subbakalavr qiyabi təhsilə üstünlük verirlər.Bu il universitetə qəbul olunan qiyabi subbakalavların balları əyani qəbul olanlardan 20-30 faiz yüksək olub.
Təbii ki,bunun da subyektiv səbəbləri var.İndiki şəraitdə subbakalavların əksəriyyəti işləyir və əyani təhsil almaları işlə tərsmüntənasiblik yaradır. Məhz bu üzdən müraciətlərin çoxu əyani tələbə subbakalavrlarladır ki, onlarda qiyabi təhsilə üstünlük verirlər".
Tehsil-press.az