Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumtəhsil müəssisələrində 2019-2020-ci tədris ilinin başlanması ilə əlaqədar pedaqoji şura iclasları və valideynlərlə görüşlər keçirilir.
Pedaqoji şura iclaslarında ötən dərs ilinin yekunları, əldə olunan nailiyyətlər, birinci sinfə qəbul, məktəbəhazırlıq qruplarının fəaliyyəti, təmayülləşmə, şagirdlərin oxu, yazı və riyazi bacarıqları səviyyəsinin öyrənilməsi təhlil edilir. Eyni zamanda, növbəti tədris ilində qarşıda duran vəzifələr, şagirdlərin İKT bacarıqlarının və rəqəmsal düşüncə tərzinin hazırkı durumunun təhlil edilməsi, tədqiqatçılıq bacarığının formalaşdırılması ilə bağlı məktəblilərin araşdırma tələb edən layihələrə cəlb olunması istiqamətində tədbirlərin təşkili və digər mövzular ətrafında müzakirələr aparılır.
Şura iclaslarında müəllimlərə 2019-2020-ci dərs ilində Təhsil Nazirliyinin “Ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə” əmrində və “Müasir dövrdə ümumi təhsil məktəb şagirdlərinin tərbiyəolunma sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” əmri ilə təsdiq olunmuş fəaliyyət planında müəyyən edilmiş hədəflərin yerinə yetirilməsi üzrə işlərin davam etdirilməsinə dair müvafiq tövsiyə və tapşırıqlar verilir.
Bütün bunlarla yanaşı, ümumi təhsilin keyfiyyətinin müasir çağırışlara uyğunlaşdırılması, xüsusilə də inteqrasiya meyillərinin getdikcə gücləndiyi indiki dövrdə uşaq və gənclərin vətənpərvərlik, milli-mənəvi dəyərlərə sadiqlik ruhunda tərbiyə edilməsi ilə bağlı təhsil orqanları, məktəblərin pedaqoji kollektivləri qarşısında daha ciddi vəzifələr durduğu və onların reallaşdırılması üçün təsirli tədbirlər görülməsinin vacibliyi qeyd olunur.
Pedaqoji şura iclaslarında təqaüdə çıxan müəllimlər təntənəli şəkildə yola salınır, gənc müəllimlər məktəb kollektivinə təqdim edilir.
Valideynlərlə keçirilən görüşlərdə qazanılan uğurlardan, məktəblilərin hərtərəfli inkişafı üçün ümumi təhsil müəssisələrində yaradılan şəraitdən, müəllim-şagird-valideyn münasibətlərinin daha sağlam ruhda qurulması məsələlərindən bəhs olunur.

BŞTİ-nin Mətbuat Xidməti