Azərbaycan Texnologiya Universitetində (UTECA) Bilik günü münasibətilə tədbir keçirilib.
UTECA -nın rektoru professor Akif Süeymanov yeni tədris ili münasibətilə kollektivi təbrik edib. Bildirib ki, son illər universitetin inkişafı, müasir təhsil ocağına çevrilməsi istiqamətində görülən işlər öz bəhrəsini verib. Azərbaycan Texnologiya Universitetində tələbə qəbulunda son 30 ilin ən yüksək göstəricisi qeydə alınıb – 90%. Bu il 940 nəfər UTECA-nı seçib. Rektor bildirib ki, mühəndislik ixtisasına qəbul olanların say nisbəti üstünlük təşkil edir və bu hal universitetin öz təməl funksiyası üzrə kadr hazlırlığına geri döndüyünü göstərir.
Azərbaycan Texnologiya Universiteti Təhsilin inkişafı üzrə Dövlət Strategiyasından irəli gələn vəzifələri vaxtında və keyfiyyələ icra edib. Hazırda universitet-sənaye əlaqələri uğurla inkişaf etdirilir. UTECA-da müəssisələrin, müəssisələrdə isə universitetin kafedralarının açılmasına şərait yaradılır. Görülən işlərin nəticəsidir ki, bu gün UTECA ölkənin ən çevik və şəffaf ali təhsil ocağına çevrilib.
Akif Süleymanov qeyd edib ki, Azərbaycan Texnologiya Universitetində tədrisin keyfiyyətinin artırılması üçün atılan ən mühüm addımlardan biri də xarici əlaqələrin genişləndirilməsidir. Qoşulan mübadilə proqramları ilə həm tələbə, həm də müəllimlər xarici universitetlərə, Rusiya, Türkiyə, Koreya və Avropanın nüfuzlu ali təhsil ocaqlarına göndərilib. Eyni zamanda tez-tez UTECA-da xarici mütəxəssislərin seminar və mühazirələri təşkil edilir. Ötən semestr Polşalı alimlər Azərbaycan Texnologiya Universitetində öz təcrübələrini bölüşüblər. Hazırda isə Cənubi Koreyadan gəlmiş, həmin ölkənin təhsil nazirinin keçmiş müavini, KOİKA proqramının məsləhətçisi Byun Çanq Yul 1 il ərzində UTECA-Da öz təcrübələrini bölüşəcək.
Rektor universitetə qəbul olan bir qrup gənclə tələbə biletləri təqdim edib.
Sonra çıxış edən valideyn və tələbələr universitetdə keyfiyyətli təhsil almaq üçün yaradılan şəraitə görə UTECA kollektivinə təşəkkür ediblər. Cənubi Koreyalı mütəəssis Byun Çanq Yul öz çıxışında Azərbaycan Texnologiya Universiteti ilə əməkdaşlığın çox məhsuldar olacağını bildirib.
Azərbaycan Texnologiya Universitetinin tələbə kontingentinin sayı 3000 nəfərə yaxındır. Onlar 4 fakültədə 21 ixtisas üzrə təhsil alacaqlar.

UTECA-nın Mətbuat Xidməti