UTECA Rusiya universiteti ilə dual diplom proqramına qoşuldu

UTECA Rusiya universiteti ilə dual diplom proqramına qoşuldu Dövlətin təhsil strategiyasina əsasən ölkə universitetlərinin diplomlarının beynəlxalq arenada tanınması məqsədilə müxtəlif addımlar atılır. Bunlardan biri də xarici universitetlərlə dual diplom (ikili diplom) əlaqələridir. Azərbaycan Texnologiya Universiteti (UTECA) bu istiqamətdə real nəticələr əldə edib.
Belə ki, UTECA-nın Yüngül sənaye mühəndisliyi və logistika fakültəsinin nəqliyyatda daşımalar və idarəetmənin təşkili mühəndisliyi ixtisası üzrə ikili diploma keçidlə bağlı Rusiyanın Nijniy Novqorod Dövlət Texniki Universiteti ilə əməkdaşlıq memorandumu imzalanıb.
Sənədə əsasən həmin ixtisasa bu il qəbul olacaq tələbələr təhsil alacaqları müddətin yarısını Azərbaycan Texnologiya Universitetində, digər hissəsini isə Nijniy Novqorod Dövlət Texniki Universitetində keçəcəklər. Sonda tələbə hər iki universitetin diplomunu əldə edəcək.
Memorandumun imzalanmasında UTECA-nın nümayəndə heyyətinin tərkibində tədris şöbəsinin müdiri Piri Axundov, Yüngül sənaye mühəndisliyi və logistika fakultəsinin dekanı, dosent Nazim Vəliyev, Maşın mühəndisliyi və Logistika kafedrasının müdiri prof. Tofiq Qocayev, Nijni Novqorod Dövlət Texniki Universitetinin rektoru Sergey Dmitriev, Tədris şöbəsinin müdiri Yevgeniy İvaşkin, eləcə də Nəqliyyat Sistemləri İnstitutunun Direktorlar şöbəsinin nümayəndələri iştirak ediblər.
Dövlətimizə, millətimizə xeyirli və uğurlu olsun!

UTECA-nın Mətbuat Xidməti


UTECA Rusiya universiteti ilə dual diplom proqramına qoşulduUTECA Rusiya universiteti ilə dual diplom proqramına qoşulduUTECA Rusiya universiteti ilə dual diplom proqramına qoşuldu

Oxşar xəbərlər