Azərbaycan Texnologiya Universitetinin (UTECA) nümayəndələri Erasmus+ proqramının Potensialın artırılması (KA2) istiqamətində "Nəqliyyat xidmətləri üçün böhran və risklər mühəndisliyi (CRENG)” layihəsinin açılışında iştirak ediblər.
Tədbir Polşada, layihənin koordinatoru qismində çıxış edən Varşava Texnologiya Universitetində reallaşıb.
Avropa İttifaqının maliyyələşdirdiyi layihədə Azərbaycan Texnologiya Universitetilə yanaşı ölkəmizin daha 2 universiteti - Azərbaycan Texniki və Bakı Mühəndislik universitetləri tərəfdaş qismində iştirak edir. Azərbaycan Respublikası Təhsil Nazirliyi və Bakı Nəqliyyat Agentliyi də layihədə tərəfdaş qurumlardandır.
Ümumilikdə isə layihə Polşa, Almaniya, Fransa, Ukrayna, Türkmənistan və Azərbaycan da daxil olmaqla 6 ölkəni əhatə edir.
Beynəlxalq tədbirdə UTECA-nı prorektor Vüqar İsmayılov, Elm və xarici əlaqələr mərkəzinin rəhbəri Orxan Vətənxah təmsil edib.
İştirakçılar təmsil etdikləri universitetlərlə bağlı təqdimatla çıxış edib, müxtəlif təkliflər irəli sürüblər.
İki gün davam edən iclasda üçillik layihənin məqsəd və vəzifələri, tərəfdaşların rolu, görüləcək işlər, prioritetlər, əldə ediləcək nəticələr barədə danışılıb.
Tədbir çərçivəsində ölkəmizi təmsil edən nümayəndə heyətinin Azərbaycan Respublikasının Polşada Fövqaladə və Səlahiyyətli səfiri Həsən Həsənovla görüşü olub.

UTECA-nın Mətbuat Xidməti