Bakıdakı gimnastika arenası heyrətləndirici təəssürat yaradıb.
Bunu Tehsil-press.az-a Estoniyadan gələn bədii gimnastika üzrə 37-ci dünya çempionatının tamaşaçısı Olqa Tuboleva deyib.
O.Tuboleva vurğulayıb kı, yarışlar yüksək səviyyədə keçirilir:
Olga Tuboleva çempionata Estoniya komandasına azarkeşlik etmək, eləcə də digər görkəmli gimnastların çıxışlarını izləmək üçün gəldiyini qeyd edib:
"Rus gimnastlarının - Dina və Arina Averina, Ekaterina Seleznyovanın gözəl çıxışlarından zövq aldıq, bütün bunlar qızım üçün çox maraqlı idi. Onun üçün bu, heyrətamiz bir motivasiyadır, çünki o özü də gimnastdır və yaxından ən yaxşı idmançıları izləyə bilib".
Olga Tuboleva əlavə edib ki, Bakı onda böyük təəssürat yaratdı:
"Gözəl bir şəhər - çox gözəl, təmiz, yaşıl. Tarixi memarlıq abidələrinizə belə qayğı ilə yanaşmağınız çox xoşdur".
Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən dünya çempionatı sentyabrın 16-da başlayıb və sentyabrın 22-dək davam edəcək. 61 ölkədən 300-dən artıq gimnast, çempionatda 9 dəst medal uğrunda mübarizə aparacaq.
Bakıda keçirilən möhtəşəm dünya çempionatının şüarı: "Nağıllar həyatda gerçəkləşəcək"dir ("Fairy Tales will come to life").
Tehsil-press.az