Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) İsrail–Azərbaycan Ticarət və Sənaye Palatası ilə birlikdə
“İsrail–Azərbaycan Hi-tech Tədris Mərkəzi”nin Məsləhət Komitəsinin ilk iclası keçirilib.
Müvafiq dövlət qurumları və müəssisələrin təmsilçilərinin, professor-müəllim heyətinin iştirak etdikləri iclasda İsrail-Azərbaycan Ticarət və Sənaye Palatasının prezidenti Aleks Kaplun “İsrail–Azərbaycan Hi-tech Tədris Mərkəzi”nin yaradılmasını şərtləndirən amillərdən danışıb. O, mərkəzin İsrailin informasiya texnologiyaları (İT) və yüksək texnologiyalarla bağlı təcrübəsi əsasında fəaliyyət göstərəcəyini qeyd edib.
İclasda “John Bryce Training” İT Tədris Mərkəzi ilə birgə təşkil olunan İT kursları haqqında iştirakçılara məlumat verilib. ADNSU-nun rektoru, professor M.Babanlı İT sahəsində təhsil alan tələbələrin müasir əmək bazarının real tələblərinə tam şəkildə cavab vermədiyini diqqətə çatdırıb. O, ADNSU-nun İT sahəsindəki yenilikləri daim izlədiyini və gündən-günə dəyişən yüksək texnologiyalarla işləmə bacarığına malik kadrlar hazırlamağı hədəflədiyini deyib. Rektor tədris mərkəzinin şirkətlərin ehtiyacı olan sahələrdə kadrların hazırlığını təmin etmək məqsədilə yaradıldığını söyləyib.
"John Bryce Training" İT Tədris Mərkəzinin təsisçisi Eran Lasser mərkəzdə təşkil olunacaq İT kursları haqqında təqdimatla çıxış edib. Bir sıra ölkələrdə tədris mərkəzlərinin yaradılması təcrübəsinə malik olduğunu deyən E.Lasser Azərbaycanda ilk dəfə ADNSU ilə belə bir tədris mərkəzinin yaradılmasının əhəmiyyətinə toxunub. E.Lasser mərkəzin gələcək faəliyyət mexanizmi və metodikası haqqında məlumat verib və İT sahəsində özünü inkişaf etdirmək istəyənləri bu komandaya qoşulmağa dəvət edib.
Sonra iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, “İsrail–Azərbaycan Hi-tech Tədris Mərkəzi” Azərbaycanda yüksək səviyyəli təlimlərə olan tələbatın ödənilməsi və yüksək texnologiyaların inkişafının dəstəklənməsinə xidmət məqsədilə yaradılıb. Oktyabr ayında start götürəcək 10 aylıq kurslarda ilkin mərhələdə 90 tələbənin qəbulu planlaşdırılır. İsrailli mentorlar tərəfindən keçiriləcək dərslər əsasən ADNSU-nun informasiya texnologiyaları və idarəetmə fakültəsinin 3-cü kurs tələbələri üçün nəzərdə tutulub. Daha sonra isə tədris mərkəzi geniş ictimaiyyətə təqdim olunacaq.
ADNSU-nun Mətbuat Xidməti