Sentyabrın 21-22-də ADPU-nun Sosial və humanitar məsələlər üzrə prorektorluğunun təşəbbüsü və ölkəmizdə yeganə kollektiv təsərrüfatı yadigarı olan İsmayıllı rayonu İvanovka kənd N. Nikitin adına kolxozunun dəstəyi ilə ADPU-nun ictimai təşkilatlarının fəalları olan bir qrup tələbəsi universitetin əməkdaşları Turan Kərimli və Cavid Hüseynovun müşayəti ilə növbəti məhsul mövsümdə kolxozçuların qonağı olub, sahələrdə işləyən kolxozçularla birgə üzüm yığımında iştirak ediblər.
Tələbələr İvanovka kolxozunun qonaqpərvər kollektivi tərəfindən kənddə bir gün qonaq edilib, gəzməli-görməli yerlərdə olub, əsrarəngiz təbiət mənzərələrini seyr ediblər. Eyni zamanda onlar Azərbaycan multikulturalizminin unikal nümunələrindən biri, Çar Rusiyası dönəmindən buralarda məskunlaşan və özünəməxsus mədəniyyətlərini yaratmış yerli malokanların həyat tərzi və mədəni həyatı ilə də yaxından tanış olublar.
Qeyd edək ki, bu təşəbbüs gələcəyin qurucuları olan müəllim ixtisasına yiyələnən gənclərin dünyagörüşü və təcrübələrinin artırılması, mədəni müxtəlifliklərlə tanışlığı istiqamətində universitetin və onun ictimai təşkilatlarının həyata keçirdiyi çeşidli layihələrdən biridir.

Taleh MİRZƏYEV