Dekabrın 20-də Azərbaycan Respublikasının Gənclər Fondunun (GF) maliyyə dəstəyi və Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) ictimai təşkilatlarının təşkilati dəstəyi ilə “Tələbə-gənclərin “Gələcəyin Qurucuları” adlı I Forumu” çərçivəsində ADPU-un Cəlilabad filialında regional panel iclaslar keçirilib. Qeyd edək ki, forum ADPU-un gənc əməkdaşı Sahil Qələndərovun XI qrant müsabiqəsindən qazandığı layihədir.
Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayan tədbiri açmaq üçün ADPU Cəlilabad filialının direktoru dosent Xudayar Sultanlı çıxış edib qonaqları, iştirakçıları tələbələri salamlayıb, forumun filial tələbələrinin regional inkişafı üçün çox önəmli platforma olduğunu bildirdi.
Layihə rəhbəri Sahil Qələndərov çıxış edərək forumun əhəmiyyəti, bunun region və paytaxt gəncləri arasında bir körpü və bütün tələbə-gənclər üçün stimul xarakteri daşıdığını, gələcək illərdə layihə halından artıq mütəşəkkil proqram halını ala biləcəyini vurğuladı.
Forumda “Müasir dünyanın Azərbaycan gənclərinin üzərinə qoyduğu vəzifələr” və “Sosial aktivliyin gənclərin formalaşmasında rolu” bölmələrində ADPU Tarix və Coğrafiya Fakültəsinin III kurs tələbəsi, ADPU Tarix və Coğrafiya fakültəsi üzrə Tələbə Gənclər Təşkilatının (TGT) sədri Taleh Mirzəyevin moderatorluğu ilə panel iclaslar keçirilib, müzakirələr aparılıb.
“Müasir dünyanın Azərbaycan gənclərinin üzərinə qoyduğu vəzifələr” adlı ilk paneldə çıxışçılar - ADPU-un Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin baş mütəxəssisi, layihə rəhbəri Sahil Qələndərov, ADPU-un Ədəbiyyat və onun tədrisi metodikası kafedrasının əməkdaşı, dosent Fəxrəddin Yusifov və ADPU Cəlilabad filialının direktor müavini Eyvaz Məmmədov mövzu ətrafında çıxışlar edib, tələbələrin fikirləri əsasında müzakirələr davam etdirilib. Dos. Fəxrəddin Yusifov gənclərin problemləri və həll yolları mövzusunda interaktiv dialoq rejimində təqdimat edib.
“Sosial aktivliyin gənclərin formalaşmasında rolu” adlı paneldə çıxışçılar - layihə rəhbəri Sahil Qələndərov, ADPU Tarix və Coğrafiya fakültəsinin V kurs tələbəsi, ADPU TGT sədri Taleh Budaqov, ADPU İbtidai təhsil fakültəsinin III kurs tələbəsi, “ADPU Türk Öğrenci Yönetim Konseyi” sədri Hakan Köse, sədr müavini Akif Kaynar və ADPU TGT-in 2012-2015-ci illərdə sədr müavini olmuş Nicat Quliyev iştirak edib. ADPU-un gənc əməkdaşı, könüllülük sektorunun yetirməsi Sahil Qələndərov “sosial aktivlik nədir?” və “sosial aktiv gənc kimdir?” sualları ətrafında fikirlərini bölüşüb, ADPU nümunəsində könüllülük fəaliyyətinin uğur həllərindən söz açdı, əyani fərdi nümunələr göstərdi. Sonra Hakan Köse çıxış edib, bir Türkiyə vətəndaşı və əcnəbi tələbə olaraq Azərbaycanda və sırf ADPU-da qazandığı uğurlar, sosial aktivlikləri sayəsində əldə etdiyi imkanlar, qardaş ölkələrin mədəniyyətləri arasında yaxınlaşma sahəsində atdıqları addımlar və alınan müsbət nəticələrdən danışıb. Hazırda Cəlilabadın ucqar dağ kəndində müəllim olaraq fəaliyyət göstərən vaxtilə ADPU TGT sədr müavini olmuş Nicat Quliyev gənclərlə fikirlərini bölüşüb. ADPU TGT sədri Taleh Budaqov “Tələbə
Gənclər Təşkilatı və onun tələbə-gənclər üçün açdığı imkanlar” başlığı altında əhatəli və faydalı məlumatlar verib, gənclərin sualları cavablandırıb, onların ideya və təklifləri dinlənilib. #AzGF #GənclərFondu #ADPU #ADPUTGT #GələcəyinQurucuları
Mətbuat Xidməti