Teymur Rəcəbovun Dünya Kubokunun yarımfinalında rəqibi bəlli olub

Teymur Rəcəbovun Dünya Kubokunun yarımfinalında rəqibi bəlli olub Azərbaycan şahmatçısı Teymur Rəcəbovun Rusiyanın Xantı-Mansiysk şəhərindəki Dünya Kubokunun yarımfinalında rəqibi bəlli olub.
32 yaşlı qrossmeyster finala gedən yolda Fransa təmsilçisi Maksim Vaşye-Laqravla qarşılaşacaq.
Vaşye-Laqrav 1/4 final mərhələsinin "tay-breyk"ində ermənistanlı Levon Aronyanı məğlub edib.
Qeyd edək ki, Teymur Rəcəbov 1/4 finalda ABŞ təmsilçisi Ceffri Syuna qalib gələrək yarımfinala yüksəlib.
Yarımfinal qarşılaşmaları 26 - 28 sentyabrda keçiriləcək. Sentyabrın 10-da start götürən Dünya Kubokuna oktyabrın 4-də yekun vurulacaq. Sonuncu gün həlledici görüşlər üçün tay-breyk qarşılaşmaları nəzərdə tutulub. Turnirin mükafat fondu 1,6 milyon dollardır. Qalib 110 min dollar, finalçı isə 80 min dollar qazanacaq.

Tehsil-press.az

Oxşar xəbərlər