Karlsen yenə Şəmkirdə qalib oldu

Karlsen yenə Şəmkirdə qalib oldu Mərhum qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş “ShamkirChess 2019” superturnirində 8-ci turun görüşləri keçirilib.
Bu turda norveçli Maqnus Karlsen rusiyalı Sergey Karyakini məğlub edərək xalını 6-ya çatdırıb və sona 1 tur qalmış çempionluğunu rəsmiləşdirib.
O, ən yaxın izləyiciləri Aleksandr Qrişukla Sergey Karyakindən 1,5 xal irəlidədir.
Azərbaycan şahmatçıları Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov isə görüşlərini bərabərliklə başa vurublar.
Teymur Rəcəbov (Azərbaycan) - Vişvanatan Anand (Hindistan) - 0,5:0,5
Aniş Giri (Hollandiya) - Şəhriyar Məmmədyarov (Azərbaycan) - 0,5:0,5
Veselin Topalov (Bolqarıstan) - Liren Dinq (Çin) - 0:1
Sergey Karyakin (Rusiya) - Maqnus Karlsen (Norveç) - 0:1
Alekandr Qrişuk (Rusiya) - David Navara (Çexiya) - 1:0
Qeyd edək ki, Maqnus Karlsen 2014, 2015 və 2018-ci illərdə də bu turnirin qalibi olub.

Tehsil-press.az

Oxşar xəbərlər