Şəhriyar Məmmədyarov Bildə keçirilən turnirdə vaxtından əvvəl qalib olub

Şəhriyar Məmmədyarov Bildə keçirilən turnirdə vaxtından əvvəl qalib olub Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov İsveçrənin Bil şəhərində keçirilən turnirdə vaxtından əvvəl qalib olub.
Məmmədyarov turnirin sonuna bir tur qalmış qalib olub. Doqquzuncu turda ağ fiqurlarla şahmatçımız norveçli Maqnus Karlsenə qalib gəlib.
Beləliklə, Məmmədyarov 7 xal toplayaraq vahid liderə çevrilib. Cədvəldə onun ardınca Karlsen və Svidler (5 xal), Vaşye-Laqrav (4,5 xal), Navara (4 xal) və Georgiadis (1,5 xal) gəlir.
Turnirin yekun etapı bu gün keçiriləcək.

Tehsil-press.az

Oxşar xəbərlər