Şimali və Cənubi Koreya liderləri qucaqlaşdı - Sürpriz görüş

Şimali və Cənubi Koreya liderləri qucaqlaşdı - Sürpriz görüş Cənubi Koreya prezidenti Mun Çje-in və Şimali Koreya lider Kim Çen In arasında sürpriz görüş baş tutub.
Görüş iki ölkənin sərhədində yerləşən Panmunjom kəndindəki “Sülh evi”ndə keçirilib.
2 saat davam edən görüşdə 27 apreldə baş tutan görüşdə imzalanan müqavilənin icra edilməsi müzakirə edilib. Həmçinin, ABŞ - Şimali Koreya münasibətləri və regiondakı son proseslər barədə də fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, 27 apreldə “Sülh evi”ndə keçirilən görüşdə Koreya yarımadasının nüvə silahından təmzilənməsi, mövcud atəşkəsin daimi sülh müqaviləsinə çevrilməsi barədə razılıq əldə olunmuşdu.

Şimali və Cənubi Koreya liderləri qucaqlaşdı - Sürpriz görüşŞimali və Cənubi Koreya liderləri qucaqlaşdı - Sürpriz görüşŞimali və Cənubi Koreya liderləri qucaqlaşdı - Sürpriz görüş

Tehsil-press.az

Oxşar xəbərlər