Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) “İlahiyyatçı” qəzetinin yanvar buraxılışı çapdan çıxıb.
Mətbu nəşrin ilk səhifəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ümumxalq Hüzn Günündə Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad etməsi haqqında informasiya, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin “20 Yanvar faciəsinin iyirmi doqquzuncu ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı” haqqında Sərəncamı yer alıb. Həmçinin qəzetin müxtəlif rubrikalarında qanlı faciəyə həsr olunmuş bir sıra yazılar verilib.
Qəzetdə vətənpərvərlik, milli-mənəvi, maarifçilik dəyərlərini təbliğ edən “Gözəl nəsillə maraqlı tədris həyatı yaşayırıq”, “Məşhur azərbaycanlı din alimləri: Ayətullah Əbülqasim Ordubadi”, “İsveçrəli alimlə görüş”, “Həyata tələbə baxışı” sərlövhəli məqalələr dərc olunub.
“İlahiyyatçı” qəzetinin yanvar buraxılışında ictimaiyyət nümayəndələri, elm xadimləri, tədqiqatçıların iştirakı ilə təşkil olunan seminarlar, dəyirmi masalar, tədbirlər haqqında xəbərlər, Aİİ tələbələrinin Avropa və Gürcüstan yəhudilərinin sinaqoqlarına ziyarəti, qədim məbədlər və muzeylər diyarı Qəbələ rayonuna səfəri, həmçinin “Alimlərimiz xarici ölkələrdə”, “Aİİ-nin ilk fəxri doktoru”, “Naxçıvan-95” başlıqlı məqalələr əksini tapıb.
Qəzetdə dərc olunan “Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət-din münasibətləri” başlıqlı yazıda tariximizin şərəfli, eyni zamanda, ağrılı və acılı mərhələsinin hadisələri təhlil edilir. Məqalədə cəmi 23 ay ömür sürmüş Cümhuriyyətin qısa zaman kəsiyində böyük işlər gördüyü, özündən sonra zəngin mədəni və mənəvi irs qoyması haqqında fikirlər ifadə olunub.
“İlahiyyatçı”nın digər rubrikalarında institut əməkdaşlarının təcrübə mübadiləsi çərçivəsində Rusiya və Türkiyəyə səfərləri, ölkəmizdə fəaliyyət göstərən səfirliklərlə əməkdaşlığı haqqında məlumatlar, Perm Vilayəti Müsəlman Ruhani İdarəsinin nümayəndəsi, Rusiya Federasiyası Jurnalistlər Birliyinin üzvü, “İskrennost” jurnalının baş redaktoru Səfa Kərimovla müsahibənin mətni, Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucovun institut haqqında fikirlərini əks etdirən məqaləsi oxuculara çatdırılıb.
Xatırladaq ki, ayda bir dəfə nəşr olunan “İlahiyyatçı” qəzetinin ərsəyə gətirilməsində məqsəd institutun fəaliyyəti, həyata keçirdiyi layihələri barədə ictimaiyyəti məlumatlandırmaq, gənclərdə vətənpərvərlik ruhunu gücləndirmək, onların intellektual səviyyəsini və dünyagörüşünü zənginləşdirmək, ölkəmizdə həyata keçirilən dini maarifləndirmə işinə töhfə verməkdir.

Aİİ-nin Mtbuat Xidmti