Oktyabrın 1-də Qırğız Respublikasının paytaxtı Bişkek şəhərində Müstəqil Dövlətlər Birliyi (MDB) İştirakçı Dövlətlərinin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının 29-cu iclası işə başlamışdır.
MDB prokurorluq orqanları əməkdaşlarının iştirak etdikləri tədbirdə ölkəmizi Azərbaycan Respublikası Baş prokurorunun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil etmişdir.
Tədbirdə Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekovun tədbir iştirakçılarına müraciəti oxundu.
İclasa sədrlik edən Qırğızıstanın Baş prokuroru Okturbek Camşitov və Rusiya Baş prokurorunun birinci müavini Aleksandr Buksman Azərbaycan nümayəndə heyətini 1 oktyabr - prokurorluq işçilərinin peşə bayramı münasibətilə təbrik etmişlər.
Şuranın iclasında K.Əliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatları çərçivəsində prokurorluq orqanlarının fəaliyyətinin və strukturunun təkmilləşdirilməsi istiqamətində aparılmış hərtərəfli və institusional tədbirlər, kadr potensialının gücləndirilməsi, yeni nəsil prokurorların formalaşdırılması və peşəkarlığının artırılması, habelə prokurorluğun maddi-texniki bazasının möhkəmləndirilməsi və işçilərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə əlaqədar əldə olunmuş uğurlu nəticələr barədə ətraflı məlumat verərək, “Cinayət işləri üzrə hüquqi yardım və ekstradisiya sahəsində beynəlxalq öhdəliklərin yerinə yetirilməsi üzrə Azərbaycan Respublikası Baş Prokurorluğunun təcrübəsi” mövzusunda çıxış etmişdir.
Tədbirdə “İcra sənədlərinin icrası zamanı qanunlara riayət olunmasına prokuror nəzarəti” (Belarus), “Hüquq mühafizə fəaliyyətinin prosessual əsaslarının modernləşdirilməsi və cinayət qanunvericiliyinin humanistləşdirilməsi” (Qazaxıstan), “Talan edilmiş aktivlərin bərpası” (Qırğızıstan), “Rusiya Federasiyası Baş Prokurorluğunun korrupsiyaya qarşı mübarizə üzrə fəaliyyəti: profilaktika, korrupsiya hüquq pozuntularının nəticələrininn aradan qaldırılması” (Rusiya), “Narkotiklərin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlərin aşkar edilməsi və araşdırılması sahəsində beynəlxalq əməkdaşlıq” (Tacikistan) və sair mövzularda çıxış və təqdimatlar dinlənilmiş, faydalı fikir mübadiləsi aparılmışdır.
Yekunda Rusiya Federasiyasının Baş prokuroru Yuri Çayka növbəti bir il müddətinə yenidən Şuranın sədri seçilmiş və təşkilatın 2020-ci ildəki iclasının Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilməsi qərara alınmışdır.
Tədbir çərçivəsində nümayəndə heyəti Qırğızıstanın Baş prokuroru Okturbek Camşitovla ikitərəfli görüş keçirmişdir. Son illər dövlətlər və qurumlararası münasibətlərin inkişafının intensiv xarakter almasının gələcək əməkdaşlıq üçün əlverişli zəmin yaratdığını qeyd edən K.Əliyev, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunaraq erməni təcavüzünün türk dünyasının ortaq problemi kimi ifadə etmişdir.
Nümayəndə heyətimiz həmin tədbirdə, eləcə də Bişkekdə eyni vaxtda keçirilən Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Baş Prokurorlarının 17-ci iclasında iştirak edən ölkələrin, o cümlədən Türkiyə, Rusiya, İran, Çin, Pakistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Monqolustan, Tacikistanın nümayəndə heyətlərinin rəhbərləri, həmçinin Beynəlxalq Prokurorlar Assosiasiyasının Prezidenti Çol Kyu-Hvanla görüşlər keçirmiş, ikitərəfli əməkdaşlığın inkişafı ilə bağlı faydalı fikir mübadiləsi aparılmışdır.
Tədbir çərçivəsində nümayəndə heyəti ölkəmizin Bişkekdəki Səfirliyində olmuş, səfir Hidayət Orucovla görüş keçirmişdir.
Tehsil-press.az