Azərbaycan müəlliminin cəmiyyətdə, təhsildə rolu əvəzolunmazdır. Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasında da müəllim amilinin, nüfuzunun cəmiyyətdə artırılması ən vacib istiqamət kimi qeyd edilib. Strategiya qəbul edildiyi vaxtdan, yəni 2013-cü ildən etibarən bu sahədə sistemli, davamlı tədbirlər həyata keçirilir.
Bu sözləri təhsil xərclərinin maliyyələşdirilməsi üzrə müsabiqə qalibləri ilə keçirilən görüş zamanı jurnalistlərə müsahibəsində Təhsil naziri Ceyhun Bayramov deyib. O qeyd edib ki, diaqnostik qiymətləndirmənin - 2015-ci ildən başlayaraq mərhələlərlə əməkhaqqının artırılması bu işdə mühüm rol oynayıb: “Bunun sistemli, davamlı xarakter daşıması, 2019-cu ilin iyun ayında Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən növbəti dəfə müəllimlərin əməkhaqqının 20 faiz artırılması və bir sıra digər təşəbbüslər nəticəsində müəllimlik peşəsinin yenidən rəqabətli bir peşəyə çevrilməsinin şahidiyik. Bu il yay aylarında mərkəzləşdirilmiş qaydada işə qəbul imtahanlarına elektron formada müraciət edən insanların sayının 55 minə çatması və bir neçə il ərzində bu göstəricinin dəfələrlə artması da sevindirici haldır”.
Ceyhun Bayramov diqqətə çatdırıb ki, qəbul imtahanları nəticələrinin təhlilinə görə, 500 baldan yüksək nəticə göstərən hər 4 məktəb məzunundan biri ixtisas seçimində prioritet istiqamət olaraq birinci müəllimliyi seçib. “Biz müəllimlik peşəsinə marağı regionlarda gənc müəllimlərlə görüşlərimizdə də görürük. Belə ki, məktəblərə yüksək nəticələrə malik intellektual gənclərimiz üz tuturlar. Bu baxımdan Azərbaycan təhsilinin, cəmiyyətinin inkişafı ilə bağlı gələcəyə çox nikbin baxırıq”, - deyə nazir qeyd edib.
Tehsil-press.az