Nazir: Təhsil tarixində ilk dəfə 3000-ə yaxın abituriyent 500-dən yuxarı bal toplayaraq məhz müəllimlik ixtisasını seçib

Nazir: Təhsil tarixində ilk dəfə 3000-ə yaxın abituriyent 500-dən yuxarı bal toplayaraq məhz müəllimlik ixtisasını seçib 55 minə yaxın şəxsin müəllim işləmək üçün müraciət etməsi prosesin obyektiv və şəffaf keçirilməsinə olan etimaddan xəbər verir.
Bunu Təhsil naziri Ceyhun Bayramov müəllimlərin işə qəbulu imtahanında ən yüksək nəticə göstərən namizədlərlə görüşündə deyib.
“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda nəzərdə tutulan əsas hədəflərdən birinin məhz müəllim amili olduğunu deyən C.Bayramov bu istiqamətdə görülən işlərdən, reallaşdırılan tədbirlərdən ətraflı söz açıb. Nazir həyata keçirilən işlərin nəticəsi olaraq müəllim peşəsinin nüfuzunun əhəmiyyətli şəkildə artdığını, son illər təhsil müəssisələrində daha bilikli, peşəkar müəllimlərin fəaliyyət göstərdiklərini qeyd edib. Müəllimlərin işə qəbulu ilə bağlı bir sıra statistik məlumatları diqqətə çatdıran C.Bayramov ötən il 12 mindən çox şəxsin müəllimliyə qəbul olunduğunu və bunun son illər ərzində ən böyük göstərici olduğunu deyib.
Təhsil naziri gənclərin ixtisas seçərkən müəllimlik peşəsinə üstünlük verdiklərini, ötən 2018-2019-cu tədris ilində ali təhsil müəssisələrində pedaqoji ixtisaslara qəbul olunanların göstəricilərinin kifayət qədər artdığını deyib. Həmçinin, Azərbaycanın təhsil tarixində ilk dəfə 3000-ə yaxın abituriyentin 500 və daha yuxarı bal toplayaraq məhz müəllimlik ixtisasına yiyələnməsini diqqətə çatdırıb.
Ceyhun Bayramov müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edənlərin içərisindən ən layiqli, bilikli namizədlərin müəllim kimi ümumtəhsil müəssisələrində fəaliyyət göstərməsini son nəticədə Azərbaycan təhsilinin inkişafında, onun keyfiyyət göstəricilərinin artırılmasında mühüm rol oynadığını bildirib.

Tehsil-press.az

Oxşar xəbərlər