Oktyabrın 4-də Sumqayıt Dövlət Universitetində Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirildi. Tədbiri rektor professor Elxan Hüseynov açaraq 5 Oktyabr-Beynəlxalq Müəllimlər Günü münasibətilə kollektivi ürəkdən təbrik etdi, möhkəm cansağlığı, müqəddəs, şərəfli peşələrində uğurlar arzuladı.
Qeyd etdi ki, müəllim peşəsinin vacibliyini, gözəlliyini və eyni zamanda çətinliyini, məsuliyyətini yaxşı anlayan əcdadlarımız həmişə müəllimə hörmətlə yanaşmış, onu yüksək qiymətləndirmişlər.
Bu, keçmişdə də belə olub, bu gün də belədir və gələcəkdə də belə olacaqdır. Çünki məhz müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır, savadlı, bilikli, geniş dünyagörüşlü, yüksək mənəvi-əxlaqi dəyərlərə malik insanlar yetişir. Məhz belə insanlar cəmiyyəti inkişaf etdirir, onu irəli aparır. Bu gün həyatımızın bütün sahələrində sürətlə inkişaf edən müstəqil ölkəmizin daha da gücləndirilməsində mühüm rol oynayan, cəmiyyətdə öz layiqli vətəndaş mövqeyi ilə seçilən insanlar məhz müəllim əməyinin yetirmələridir.
SDU-nun Mətbuat Xidməti