Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi, "Dəyər" Mənəvi İrsin Təbliği İctimai Birliyinin təşkilatçılığı ilə "Ailə dəyərlərimiz və müasirləşmə" layihəsi çərçivəsində seminar keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin Birinci müavini Səyyad Salahlı, ADPU-nun Sosial və humanitar məsələlər üzrə prorektoru, professor Fikrət Rzayev və univerisitetin tələbələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan ADPU-nun Sosial və humanitar məsələlər üzrə prorektoru, professor Fikrət Rzayev bildirib ki, Səyyad Salahlı ADPU-nun ən fəxri məzunlarından biridi. Səyyad Salahlı 1968-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinə daxil olub və 1972-ci ildə həmin fakültəni bitirib. S.Salahlı ADPU-nun fəxri məzunlarından biridir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin Birinci müavini Səyyad Salahlı qeyd edib ki, sağlam ailə, sağlam cəmiyyət deməkdir. Cəmiyyətin inkişafı ailədən “su içir” deyirlər. Ailəni cəmiyyətin təməl daşı adlandıran mütəfəkkirlərin fikrincə, ailədə münasibətlər necə formalaşırsa, bu özünü ictimai münasibətlərdə əks etdirir. Odur ki, ailənin sağlam təməl üzərində qurulmasının, cəmiyyətin, dövlətin inkişafında rolu danılmazdır. Bu gün də ailə vətəndaş cəmiyyətini formalaşdıran əsas elementlərdən sayılır. Bu mənada Azərbaycan ailəsi hər zaman digər xalqlara nümunə göstərilib. Azərbaycanda ailə modeli, ailə ənənələrinə, milli-mənəvi dəyərlərə söykəndiyindən, tarix boyu öz simasını itirməyib. Qərb dünyasında ailə institutu deformasiyaya uğradığı bir vaxtda bizdə ailə dəyərlərinin qorunub-saxlanılması Azərbaycan xalqına xas ən ali xüsusiyyətlərdən biridir. Bunun kökündə isə milli-mental dəyərlər, əxlaqi keyfiyyətlərimiz dayanır. Bir xalq olaraq ailəyə hər zaman müqəddəs ocaq kimi baxmışıq. Zaman-zaman ailə institutunun dağılmaması üçün xalq kimi, yeri gələndə, mətanət, dözüm nümayiş etdirmişik. Azərbaycanda ailə institutunun sütunları böyüyə hörmət, ailə başçısına sədaqət, qarşılıqlı sevgi və digər dəyərlərə söykənir. Bəlkə, elə buna görədir ki, Azərbaycan ailəsi bütün dünyada monolitliyi ilə örnək göstərilir.
S.Salahlı onu da vurğulayıb ki, ailə dəyərləri xalqımız üçün həmişə çox doğma olub, çox əziz olub və ailə dəyərləri, əslində, bizim milli dəyərlərimizdir. Biz hamımız ailənin hər bir insanın, cəmiyyətin və ölkənin həyatında necə mühüm əhəmiyyət daşıdığını bilirik. Məhz ailədə əxlaq, mənəviyyat və vətənpərvərliyin əsasları qoyulur. Sağlam, möhkəm ailə hər bir cəmiyyətin çiçəklənməsinin qarantıdır. Ailə münasibətləri insan həyatının mühüm aspektlərindən birini təşkil edir. S.Salahlının sözlərinə görə, Azərbaycan xalqının çox gözəl və zəngin ailə ənənələri var. Həmin ailə ənənələri sədaqət, qarşılıqlı məhəbbət, dürüstlük, valideynə, böyüyə hörmət,tolerantlıq kimi zəngin və çoxşaxəli xüsusiyyətlərə malikdir. Ümummilli lider Heydər Əliyev ailənin cəmiyyətdəki rolunu xüsusi qeyd edərək belə deyirdi. Ailə dəyərləri, ailə ənənələri, milli mənəvi dəyərlərimizə sədaqət, uşaqların müasir səviyyədə tərbiyəsi mühüm əhəmiyyət kəsb edir.
“Dəyər” Mənəvi İrsin Təbliği İctimai Birliyinin sədri Sevinc Cəfərova isə vurğulayıb ki, "Ailə dəyərlərimiz və müasirləşmə" adlı layihənin əsas məqsədi ailə dəyərlərinin təbliği və cavan ailələrə düzgün çatdırılmasıdır. Vətəndaş cəmiyyəti olaraq başlıca vəzifəmiz əsas dəyərlərimizdən biri olan ailə institutunun qorunmasında iştirak etməkdir. Ailəmiz möhkəm olarsa, cəmiyyətimiz və dövlətimiz də o qədər qüdrətli olacaq.

ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi