Xəbər verdiyimiz kimi, martın 23-25-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Beynəlxalq Assosiasiya” İctimai Birliyinin Humanist Pedaqogika Beynəlxalq Mərkəzinin, ADPU-nun və Azərbaycan Respublikasının Humanist Pedaqogika Mərkəzinin birgə təşkilatçılığı ilə “Ailə insan mədəniyyətinin beşiyidir” mövzusunda Humanist Pedaqogika üzrə XVII Beynəlxalq Oxular keçirilib. Qeyd edək ki, ADPU-nun rektoru, professor Cəfər Cəfərov “Ailə insan mədəniyyətinin beşiyidir” mövzusunda Humanist Pedaqogika üzrə XVII Beynəlxalq Oxuların təşkili barədə müvafiq əmr imzalayıb. Həmin əmrə əsasən tədbirin yüksək səviyyədə keçirilməsi məqsədi ilə 22 nəfərdən ibarət Lokal Təşkilat Komitəsi yaradılıb. Beynəlxalq oxularda Rusiyanın, Ukraynanın, Belarusun, Estoniyanın, Latviyanın, Litvanın, Qazaxıstanın, Gürcüstanın və eləcə də respublikamızın humanist pedaqogika sahəsində çalışan tanınmış və nüfuzlu alim-mütəxəssisləri, gənc müəllimlər, psixoloqlar, sosioloqlar, həkim-metodistlər iştirak ediblər.
Plenar iclasdan sonra öz işini ustad dərslərində və laborator məşqlərdə davam etdirən beynəlxalq oxularda ailənin genetik kodu, ailə institutunun cəmiyyətdəki rolu, ailənin uşağın tərbiyəsində və inkişafında rolu, uşaqlarda ailə dəyərlərinin tərbiyə edilməsi, uşaqların tərbiyəsində mühitin əhəmiyyəti, qadınların ailədəki roluna baxış, ailə dialoqunda qarşılıqlı anlaşmanın rolu, ailədə yüksək mədəniyyət hissinin tərbiyəsi, müasir ailə və zamanın çağırışları, valideynliyin dərk edilməsi, valideynlərin təhsili, valideyn əməyinin qiymətləndirilməsi, ailənin mənəvi əsasları, ailə müdrikliyinin inkişafı ilə bağlı maraqlı təqdimatlar edilib.
Oxuların son günündə Ümumukrayna Humanist Pedaqogika Mərkəzinin prezidenti Stanislav Kruqun “Yüzilliklər boyu ailə müdirikliyinin inkişafı” mövzusunda, müəllim, psixoloq Marina Qalievanın “Qadının etirafı” mövzusunda təqdimatları dinlənilib. Böyük alimlərin, filosofların, şair və yazıçıların, ictimai və dövlət xadimlərinin ailə həyatlarından gətirilən nümunələr əsasında qurulan təqdimatlar iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
“Rusiya dərsliyi” korporasiyasının strateji kommunikasiya və inkişaf məsələləri üzrə vitse-prezidenti, “Bir sentyabr” nəşrlər evinin baş redaktoru Artyom Soloveyçik öz şəxsi ailə nümunəsindən çıxış edərək gözəl, xoşbəxt ailə, qadının ailədə, cəmiyyətdə missiyası ilə bağlı fikirlərini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Sonra təqdimatlarla bağlı fikirlər, təkliflər, təəssüratlar bölüşülüb, səmərəli müzakirələr aparılıb.
Martın 25-də “Ailə insan mədəniyyətinin beşiyidir” mövzusunda Humanist Pedaqogika üzrə XVII Beynəlxalq Oxuların yekun mərasimi keçirilib. Yekun
mərasimində mükafatlar , hədiyyələr və fəal iştirakçılara sertifikatlar təqdim edilib. ADPU-nun Elm və innovasiyalar üzrə prorektoru, professor Asəf Zamanov, İnzibati və iqtisadi işlər üzrə prorektoru Ümid Mehdiyev, Bakı Humanitar Kollecinin direktor müavini Afaq Əliyeva, Azərbaycan Respublikasının Humanist Pedaqogika Mərkəzinin rəhbəri Riza Xəlilov beynəlxalq oxuların təşkilində fəal iştirak etdiklərinə görə mükafatlandırılıblar.
Rektor Cəfər Cəfərov çıxış edərək bildirib ki, müasir dünyamızda humanist pedaqogikanın tərəfdarlarının sayının sürətlə artması sevindirici haldır. Beynəlxalq oxuların keçirildiyi günləri mənəviyyat, sevinc, müdriklik bayramı kimi qiymətləndirən rektor tədbirin ADPU-da keçirilməsinə görə universitetin çoxminlik kollektivi adından Beynəlxalq Humanist Pedaqogika Mərkəzinin rəhbərliyinə təşəkkür edib və onlara uğurlar arzulayıb.
ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin direktoru, hüquq üzrə fəlsəfə doktoru Qulu Novruzov çıxışında qeyd edib ki, son illər ölkəmizdə müxtəlif nüfuzlu və mötəbər tədbirlər yüksək səviyyədə keçirilir. Beynəlxalq oxular bu tədbirlər arasında xüsusi yer tutur. Çünki humanist pedaqogikanın məqsədi cəmiyyətin qarşısında duran vəzifələri həll etməyə qadir olan vətəndaş yetişdirməkdir.
Təhsil eksperti, Əməkdar müəllim Asif Cahangirov beynəlxalq oxuların keçirildiyi günlərin həyatımızda xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb və təhsilin humanistləşdirilməsinə xidmət edən bu tədbirin keçirilməsinə görə akademik Şalva Amonaşviliyə və ADPU-nun rəhbərliyinə təşəkkür edib.
Yekun mərasimində Beynəlxalq Humanist Pedaqogika Mərkəzinin fəxri prezidenti, akademik Şalva Amonaşvili və prezidenti Paata Amonaşvili çıxış edərək qonaqpərvərliyə, səmimi və isti münasibətə, eləcə də tədbirin yüksək səviyyədə təşkilinə görə ADPU-nun rəhbərliyinə və bu işdə əməyi keçən hər kəsə təşəkkür ediblər.
Mərasimdə Humanist Pedaqogika üzrə XVIII Beynəlxalq Oxuların mövzuları qəbul olunub, yeri və vaxtı müəyyənləşdirilib, Humanist Pedaqogikanın Himni səsləndirilib.
Mərasimdə Bakı Humanitar Kollecinin müəllim və tələbələrinin, həmçinin Bakı şəhəri, Sabunçu rayonu, 75 nömrəli tam orta məktəbin şagirdlərinin ifasında maraqlı və rəngarəng konsert proqramı təqdim edilib.
Sonda xatirə şəkli çəkdirilib. Akademik Şalva Amonaşviliyə universitetin hədiyyəsi təqdim edilib. Tədbir çərçivəsində iştirakçıların Azərbaycanın tarixi və mədəni yerləri ilə tanışlığı təşkil edilib. Onu da qeyd edək ki, beynəlxalq oxular ölkəmizin elmi-mədəni həyatında mühüm hadisə kimi qiymətləndirilib, media tərəfindən geniş işıqlandırılıb.

ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi