Pedaqoji mühazirələrin qalibləri həmkarları ilə təcrübələrini bölüşürlər

Pedaqoji mühazirələrin qalibləri həmkarları ilə təcrübələrini bölüşürlər Ümumi təhsil müəssisələrində pedaqoji mühazirələrin qalibləri olan müəllim, məktəb rəhbəri və psixoloqun məktəb daxilində dinlənilməsi keçirilir.
Məktəbdaxili dinləmələrin əsas məqsədi pedaqoji mühazirə qaliblərinin - təhsildə uğurlu nəticələr əldə etmiş, qabaqcıl və yüksək nailiyyətlər qazanmış şəxslərin təcrübələrini digər həmkarları ilə bölüşməsini təmin etməkdən ibarətdir.
2019-2020-ci tədris ili ərzində pedaqoji mühazirə qaliblərinin BŞTİ tərəfindən müxtəlif layihələrə cəlb olunması nəzərdə tutulur.
Xatırladaq ki, pedaqoji mühazirələr ümumi təhsillə bağlı aktual məsələlərə diqqəti artırmaq, təhsil işçilərinin rəy və mülahizələrini öyrənmək, qabaqcıl müəllim və məktəb rəhbərlərinin təcrübəsini təbliğ etmək və onların arasında əməkdaşlıq yaratmaq, həmçinin perspektiv üçün inkişafyönümlü təkliflər hazırlamaq məqsədilə keçirilib.
Pedaqoji mühazirələrdə fərqlənən müəllimlər, məktəb rəhbərləri, psixoloqlar I, II, III dərəcəli diplom və tərifnamələrə layiq görülüblər.
Mühazirələrdə BŞTİ-nin tabeliyindəki məktəblərdə çalışan pedaqoji işçilər də uğurla iştirak edərək, müvafiq nominasiyalar üzrə təltif olunublar.

Tehsil-press.az

Oxşar xəbərlər