Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının (ADRA) “Memarlıq” və “Dizayn” fakültələrinin 2-ci kurs tələbələri “Zaferoğlu İnşaat” MMC-də təcrübə keçirlər.
Həm ADRA-nın müəllimi, həm də “Zaferoğlu İnşaat”ın icraçı direktoru olan Firdovsi Baxışov tələbələrinə təhsil müəssisəsində öyrətdiyi nəzəri bilikləri əyani şəkildə həyata keçirmək imkanı yaradıb.
Təcrübə prossesinə şəxsən F.Baxışov özü rəhbərlik edərək, tələbələri şirkətin inşaat meydançasına aparıb. Gələcəyin memarları armaturların toxunması və ara məsafələri, bünövrədən sütunların çıxıntısı, örtük tavaları, rigerlərin yığılması haqqında məlumat alıblar. F.Baxışov inşaat meydançasında tələbələrə il ərzində keçdiyi dərsləri əyani formada izah edib və onları maraqlandıran sualları cavablandırıb.
53 tələbənin iştirak etdiyi 20 günlük təcrübə proqramı çərçivəsində tələbələrə memarlıq və dizaynla bağlı da tapşırıqlar verilib. Nurlan Haqverdiyev memarlıqla bağlı, Şiralı Cavadov isə dizaynla bağlı təcrübələrini gənclərlə bölüşüb.
Qeyd edək ki, hər il ənənəvi olaraq Azərbaycanda fəaliyyət göstərən fərqli universitetlərin tələbələri “Zaferoğu İnşaat”da təcrübə keçirlər. Təcrübə proqramı çərçivəsində tələbələrə inşaat prossesini yaxından izləmək və nəzəri biliklərini əyani olaraq tətbiq etmək imkanı yaradılır. Sonunda bəzi tələbələr “Zaferoğu İnşaat”da işlə təmin edilir.

Kəmal Rəhimli