Dünən Göyçayda “Qazel” markalı yük avtomobili ilə “VAZ-2106” markalı minik avtomobilinin toqquşması ilə nəticələnən qəzada yaralananlardan birinin vəziyyəti orta ağırdır.
Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan 4 kişi Göyçay Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Onlardan 3-nə lazımi tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıblar. 4-cü şəxs isə çanaq, burun və əlin sınıqları diaqnozu ilə travmatologiya şöbəsinə yerləşdirilib. Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndirirlər.
Tehsil-press.az