Böyük Britaniyanın Harroqeyt şəhər sakini – 108 yaşlı Doroti Flauers qeyri-adi uzunömürlülük sirri ilə bölüşüb.
Hazırda “Qocalar evi”ndə yaşayan təqaüdçünün uzunömürlülük sirri heç də düzgün qidalanma və aktiv həyat sürməkdə deyil, şampana olan sevgidə imiş.
Yaşlı qadın etiraf edib ki, heç vaxt digər içki içməyib. Bunu onun “Qocalar evin”dəki dostları təsdiqləyib.
Təqaüdçünün övladı yoxdur. Həyat yoldaşının vəfatından sonra burada məskunlaşan qadını yaxın qohumu ziyarət edir.
Doroti Flauers çox məşhurdur. O, 108-ci doğum günündə dünyanın dörd bir tərəfindən 600-ə yaxın təbrik açıqçası almışdı.
Tehsil-press.az