Kredit borcu olanların NƏZƏRİNƏ!

Kredit borcu olanların NƏZƏRİNƏ! Ləğv prosesində olan "Atrabank" ASC", "Royalbank" ASC, "Kredobank" ASC, "Zaminbank" ASC, "Bank of Azerbaijan" ASC, "Qafqaz İnkişaf Bankı" ASC, QSC "Bank Standard" KB, "Yunayted Kredit Bank" ASC, "Texnikabank" ASC, "Dəmirbank" ASC və "Gəncəbank" ASC-də fiziki şəxslərin 17 000 (on yeddi min) manat ekvivalentinədək olan kreditor tələblərinin ödənilməsi davam edir.
Bu barədə Əmanətlərin Sığortalanması Fondundan Tehsil-press.az-a verilən məlumatda bildirilib.
Rəsmi məlumata görə, kreditor tələbinin ödənilməsi nağdsız qaydada "Kapitalbank" ASC vasitəsilə həyata keçirilir.
Ləğv prosesində olan banklarda kreditor tələbi olan fiziki şəxslərdən "Kapitalbank" ASC-nin müvafiq filiallarına şəxsiyyətlərini təsdiq edən sənədlə müraciət olunması xahiş olunur.

Tehsil-press.az

Oxşar xəbərlər