Paytaxtın ümumtəhsil müəssisələrində 12 noyabr - Konstitusiya Günü ilə bağlı tədbirlər keçirilib.
Təhsil müəssisələrində Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul edilməsinin 24 illiyi ilə əlaqədar konfrans, dəyirmi masa, seminar, müsabiqə və sərgilər təşkil olunub.
“Milli Konstitusiyamız ölkəmizin demokratik inkişafının başlıca təminatıdır”, “Qanunlarımıza hörmət edək, çünki onlar bizi qoruyur”, “Müasir Azərbaycan Konstitusiyası”, “Azərbaycan Konstitusiyası dövlət müstəqilliyimizin qarantıdır”, “Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan Respublikası Konstitusiyasının müəllifidir” və digər bu kimi mövzularda keçirilən tədbirlərdə şagirdlərə Azərbaycan Respublikası Konstitusiyasının tarixi haqqında ətraflı məlumat verilib. Dahi lider Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanan və 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilən ilk milli Konstitusiyanın dövlətçilik tariximizdə yeni bir mərhələ açdığı, dövlət quruculuğunda, iqtisadiyyatda və ictimai-siyasi həyatda dinamik inkişafa güclü təkan verdiyi şagirdlərin diqqətinə çatdırılıb.
Çıxış edənlər Konstitusiyanın cəmiyyətin təhlükəsizliyinin qorunmasında, inkişafa, rifaha nail olunmasında, qarşılıqlı münasibətlərin qurulmasında əsas vasitə olduğunu bildirib, bu ali qanunvericilik aktının qəbulunu çağdaş tariximizin ən mühüm hadisələrindən biri kimi qiymətləndiriblər.
Tədbirlər çərçivəsində Konstitusiya tariximizə həsr olunmuş videoçarxlar göstərilib. Məktəblilərin Konstitusiya Günü münasibətilə hazırladıqları əl işləri, rəsmlər və ədəbi-bədii kompozisiyalar nümayiş olunub.
Tehsil-press.az