Ölkəmizin demokratik inkişafında Konstitusiyanın rolu əvəzsizdir

Ölkəmizin demokratik inkişafında Konstitusiyanın rolu əvəzsizdir Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 12 noyabr - Konstitusiya Günü ilə əlaqədar tədbir keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
Tədbirdə çıxış edən tərbiyə işləri üzrə prorektor, dosent Ata Babayev Konstitusiya Gününün geniş qeyd olunmasının əhəmiyyətini diqqətə çatdırıb.
Tədris işləri üzrə prorektor, dosent Qasım Məmmədov dövlətimizin Əsas Qanununun tarixindən danışıb. O, müstəqil Azərbaycanın ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan və 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilən ilk Konstitusiyasının dövlətçilik tariximizdəki mühüm rolunu qeyd edib.
Kafedra müdiri, professor Camal Mustafayev, professor Rüstəm Kamal və digər çıxış edənlər ölkəmizin demokratik inkişafında dövlətimizin Əsas Qanununun rolunu vurğulayıblar.

ADNSU-nun Mətbuat Xidməti

Oxşar xəbərlər