Bakı Dövlət Universitetində təlim: “Cybernetic19”

Bakı Dövlət Universitetində təlim: “Cybernetic19” Bakı Dövlət Universitetində Tələbə Gənclər Təşkilatı tərəfindən kibertəhlükəsizlik mövzusunda “Cybernetic19” adlı təlim keçirilib. Müvafiq sahədə biliklərin artırılması məqsədilə təşkil olunan təlimdə “SABAH” qruplarının Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin “Kompüter elmləri” ixtisasında təhsil alan IV kurs tələbəsi Əli Məmmədli “Haker kimdir və ondan necə qorunmaq lazımdır?” mövzusunda təqdimatla çıxış edib. O, önəmli şəxsi və korporativ məlumatların qlobal şəbəkəyə sızmasının qarşısını almaq, əsas və real təhlükələrə fokuslanaraq daha az resurs ilə təhlükəsizliyin artırılmasını təmin etmək, ölkəmizi hazırda və gələcəkdə kiberhücumlara qarşı daha davamlı və güclü etməyin yollarından danışıb. Əli Məmmədli, həmçinin kibercinayətlərdən xəbərdar olmayan insanların daha asanlıqla öz məlumatlarını onlayn paylaşdığını, bu səbəbdən də kibercinayətlərin sürətlə artdığını deyib.
Daha sonra tələbələrə kibertəhlükələrə qarşı qorunma tədbirləri haqda məlumat verilib.

BDU-nun Mətbuat Xidməti

Oxşar xəbərlər