Dünya dini liderlərinin II Bakı Sammitində iştirak etmək məqsədilə Azərbaycanda səfərdə olan Misir Ərəb Respublikasının Nümayəndələr Palatası sədrinin birinci müavini, Dünya Seyidlər İttifaqının sədri Əl-Seyyid Mahmud əl-Şərif, Misir Prezidentinin Dini məsələlər üzrə müşaviri Usama Əl-Əzhəri, Parlamentin Dini Məsələlər və Vəqflər üzrə Komitəsinin sədri, “əl-Əhzər” Universitetinin sabiq rektoru Usama əl-Əbd və Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin sədri Seymur Nəsirov Azərbaycan İlahiyyat İnstitutunu (Aİİ) ziyarət ediblər.
Aİİ rektoru ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov qonaqları salamlayaraq, ölkələrimiz arasındakı münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edib. İnstitut haqqında qonaqlara geniş məlumat verən rektor Aİİ-nin beynəlxalq əlaqələrin qurulmasına, Misir universitetləri, xüsusilə “əl-Əhzər” Universiteti ilə əməkdaşlığa böyük önəm verdiyini vurğulayıb. Ali təhsil müəssisəsində mövcud ixtisaslar barədə danışan C.Məmmədov bildirib ki, ali məktəbi bitirən məzunlar müxtəlif dövlət təşkilatlarında, ali təhsil müəssisələrində və dini qurumlarda çalışa bilərlər.
Aİİ rəhbərliyinə təşəkkürünü bildirən qonaqlar öz növbəsində Azərbaycan və Misir arasında əlaqələrin yüksək səviyyədə olduğunu, inkişaf dövrü yaşadığını qeyd edərək Misir və Azərbaycan universitetləri arasında əməkdaşlıq əlaqələrinin qurulmasının əhəmiyyətini vurğulayıblar.
Daha sonra qonaqlar İnstitutun müəllim-tələbə heyəti ilə görüşüblər. Giriş nitqi ilə çıxış edən Ceyhun Məmmədov qonaqları təqdim edib, həmçinin görüşün əhəmiyyətini qeyd edib.
Misir Ərəb Respublikasının Nümayəndələr Palatası sədrinin birinci müavini, Dünya Seyidlər İttifaqının sədri Əl-Seyyid Mahmud əl-Şərif çıxışında Azərbaycanla bağlı təəssüratlarını bölüşüb. Aİİ-də olmaqdan və tələbələrlə görüşdən məmnun olduğunu bildirib, İnstitutun fəaliyyətinə uğurlar arzulayıb.
Misir Prezidentinin Dini məsələlər üzrə müşaviri Usama Əl-Əzhəri tədbir iştirakçılarını salamlayaraq, “əl-Əhzər” Universitetinin tarixi, keçdiyi mərhələlər, ixtisaslar, ali məktəbdə tədris olunan fənlər haqqında geniş məlumat verib. Minillik tarixi olan universitetdə şəriətlə yanaşı, dünyəvi elmlərin də tədris olunduğunu nəzərə çatdırıb. Bildirib ki, dünyanın müxtəlif ölkələrindən tələbə qəbul edən universitetə İraq, Nigeriya, Sudan, Somali, Hindistan, Yəmən, o cümlədən, Qafqaz bölgəsindən də kifayət qədər insan təhsil almaq üçün müraciət edir. Universitet tələbələrinin mötədil, digər din və məzhəblərə hörmət mühitində təhsil aldığını vurğulayan Dini işlər üzrə müşavir Usəmə Əzhəri Aİİ-yə gələcək fəaliyyətində uğurlar arzulayıb, İnstitutda təhsilalanlara insanları birliyə və bərabərliyə səsləmələrini tövsiyə edib.
Parlamentin Dini Məsələlər və Vəqflər üzrə Komitəsinin sədri, “əl-Əhzər” Universitetinin sabiq rektoru Usama əl-Əbd də görüşün əhəmiyyətinə toxunaraq, Misirin Azərbaycanla dost yox, qardaş ölkə olduğunu qeyd edib. Görüşdən məmnun olduğunu bildirən sabiq rektor tələbələrə uğurlar arzulayıb.
Sonda Ceyhun Məmmədov çıxış edərək qonaqlara təşəkkürünü birildirib.
Görüşdən sonra qonaqlar ali təhsil müəssisəsinin Kitabxana və İnformasiya Mərkəzi ilə tanış olublar.
Tehsil-press.az