Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzi tərəfindən Azərbaycan İlahiyyat İnstitutuna (Aİİ) 10 min nüsxə elektron kitab hədiyyə olunub.
Bununla bağlı keçirilən tədbirdə rektor Ceyhun Məmmədov ölkələrimiz arasında ikitərəfli münasibətlərin, qarşılıqlı əlaqələrin və etimadın yüksək səviyyəsindən məmnunluğunu ifadə edib. Rektor Aİİ-nin beynəlxalq əlaqələrin qurulmasına, qarşılıqlı təcrübə mübadilələrinin həyata keçirilməsinə böyük önəm verdiyini bildirib. Azərbaycanda din sahəsinə, milli-mənəvi dəyərlərin qorunmasına xüsusi diqqət yetirildiyini vurğulayan C.Məmmədov müsəlman ölkələri, o cümlədən ərəb ölkələri ilə əməkdaşlığın müsbət səciyyə daşıdığını qeyd edib.
O, institutun dünyanın müxtəlif ölkələrinin aparıcı ali təhsil müəssisələrinin təcrübəsindən faydalandığını söyləyib. Misir universitetləri ilə təcrübə mübadiləsinin mümkünlüyü vurğulanıb.
Kitabxanaların təhsildə xüsusi rol oynadığını qeyd edən C.Məmmədov bildirib ki, zəngin kitab fondu ilə təmin olunmuş Aİİ güclü təhsilin yeni ünvanıdır. Ali tədris müəssisələrində kitabxanaların xüsusi əhəmiyyət kəsb etdiyini söyləyən rektor tələbələrin kitabxana mədəniyyətinin formalaşmasında Aİİ-nin müxtəlif səpkili tədbirlər həyata keçirdiyini vurğulayıb. O, Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin kitabxanası tərəfindən atılan bu nəcib və xeyirxah addımı yüksək qiymətləndirdiyini ifadə edib.
Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin rəhbəri Əhməd Sami Elaydi institutun kitabxanasının zənginləşdirilməsinə verdiyi töhfədən məmnunluğunu bildirib.
Misirli alim deyib: “Azərbaycan və Misir arasındakı əlaqələrin dərin tarixi kökləri var. Özümü Azərbaycanda bir misirli kimi qürbətdə hiss etmirəm. Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin kitabxanası adından təqdim etdiyim bu elektron kitablar arasında müasir ərəb və Misir tarixçilərinin, yazıçılarının kitabları, dini ədəbiyyat, hədis, lüğətlər, ensiklopediya da vardır. Çox istərdim ki, təqdim etdiyimiz ədəbiyyat həm müəllimlərin, həm də tələbələrin istifadəsi üçün faydaslı olsun”.

Aİİ-nin Mətbuat Xidməti