Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rektoru Ceyhun Məmmədov Rusiyaya səfəri çərçivəsində Rusiya Müsəlmanları Ruhani İdarəsinin, Rusiya Müftilər Şurasının sədri Şeyx Ravil Qaynutdinlə görüşüb.
Görüşdə Moskva İslam İnstitutunun rektoru Demir Muxetdinov, Bolqar İslam Akademiyasının rektoru Daniyar Abdraxmanov və Perm Vilayəti Müsəlman Ruhani İdarəsinin nümayəndəsi, Rusiya Federasiyası Jurnalistlər Birliyinin üzvü Səfa Kərimov iştirak ediblər.
Rusiya Müsəlmanları Ruhani İdarəsinin, Rusiya Müftilər Şurasının sədri Şeyx Ravil Qaynutdin qonağı salamlayaraq, ikitərəfli qardaşlıq əlaqələrinin, həmçinin elm, təhsil və maarifləndirmə sahəsində əməkdaşlığın tərəfdarı olduğunu vurğulayıb. Dini lider iki ölkə arasında elmi əlaqələrin və dost münasibətlərinin inkişafından məmnunluğunu ifadə edib. R.Qaynutdin bu yaxınlarda Azərbaycan İlahiyyat İnstitutunda Moskva İslam İnstitutunun rektoru Demir Muxetdinovun "Rusiyada İslam tarixi" monoqrafiyasının təqdimatının təşkil olunmasından razılığını bildirib.
Müfti Qaynutdin Azərbaycanda Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu dövlət-din münasibətinin nəticəsi olaraq, ekstremizm və radikalizm ideologiyalarına qarşı mübarizənin yüksək səviyyədə həyata keçirildiyini vurğulayıb. Qeyd edib ki, sülhün, sabitliyin, əmin-amanlığın qorunması və gəncliyimizin ekstremizm və terrorizm ideyalarından qorunması üçün birlikdə çalışmalıyıq.
Rektor Ceyhun Məmmədov görüş üçün müftiyə təşəkkürünü bildirib, Azərbaycanda əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət-din münasibətlərinin hazırda ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. Rektor Azərbaycan İlahiyyat İnstitutunun fəaliyyəti haqqında geniş bəhs edib. Bildirib ki, İnstitut iki istiqamət üzrə mütəxəssislər hazırlayır: məscidlərdə imam və din xadimləri kimi fəaliyyət göstərəcək İslam alimləri və ölkənin müvafiq dövlət qurumlarında çalışacaq mütəxəssislər.
Aİİ rəhbəri daha sonra nəzərə çatdırıb ki, ali tədris müəssisəsində dini mövzularla yanaşı, sosiologiya, psixologiya, fəlsəfə, məntiq və digər dünyəvi mövzular da tədris olunur. Hazırda dərslər Azərbaycan dilində keçirilir, gələcəkdə isə ingilis, rus və ərəb dillərində də qrupların açılması planlaşdırılır.
Görüşdə tərəflər arasında təhsil və elm sahəsində qarşılıqlı münasibət, uzunmüddətli əməkdaşlıq, tədris prosesində əldə olunmuş nailiyyətlərin tətbiqi, mədəni əlaqələrin qurulması və möhkəmləndirilməsi haqqında ətraflı fikir mübadiləsi aparılıb.
Eyni zamanda, tədris metodu üzrə elmi məlumatların qarşılıqlı surətdə ötürülməsi, təcrübə və araşdırma, tədris prosesinin təşkili ilə bağlı bilikərin bölüşdürülməsi, elmi-tədqiqat proqramları, layihələrin birgə təşkili və digər məsələlər müzakirə olunub.
Görüşdə yaxın zamanlarda Bolqar İslam Akademiyası ilə əməkdaşlıq müqaviləsinin imzalanması da qərara alınıb.

Aİİ-nin Mətbuat Xidməti