Azərbaycan Universitetində Xalq şairi Vahid Əziz ilə görüş olub.
Rektor Səadət Əliyevanın da iştirak etdiyi görüşdə qonağın yaradıcılığı haqqında məlumat verilib. May ayında ölkə rəhbərliyi tərəfindən Xalq şairi fəxri adına layiq görülməsi münasibətilə Vahid Əzizə universitet kollektivinin təbriki çatdırılıb.
Tədbir universitetin filologiya ixtisası üzrə təhsil alan tələbələrinin şairin şeirlərindən ibarət kompozisiyası ilə başlayıb. Fəranə Mikayılova, Aytəkin Kərimova, Elnurə Cavadova, Solmaz Kalbalıyeva, Leyla Nəcəfova, Məhəmməd Azadov, Samir Şükürov, Nərmin Eminova, Sarvan Əliyev, Günel Əfəndiyeva və Telli Abbaslı şairin “Həyatımda biri var”, “Kapriz”, “Əzizim”, “Sirri var kəkliklər qonan dağların”, “Həyatla o qədər işim var idi”, “Mənə yüz il ömür arzulamayın”, “Aldatma məni”, “Qəm eləmə sarı çiçək”, “Vətəndaş”, “Səninlə küsülü qala bilmərəm”, “İlahi” şeirlərini səsləndiriblər.
Xalq şairi Vahid Əziz tələbələr tərəfindən təqdim olunan kompozisiyanı yüksək dəyərləndirdiyini bildirib, yaradıcılığına həsr olunmuş hər görüşdən böyük fərəh hissi duyduğunu dilə gətirib. Tələbələrin yaradıcılığı ilə bağlı çoxsaylı suallarını cavablandıran Vahid Əziz tədbir iştirakçıları üçün ən son yazdığı şeirlərini oxuyub.
Azərbaycan dili və ədəbiyyat kafedrasının müdiri Ülviyyə Rəhimova, kafedranın professoru Asif Hacıyev, kafedranın müəllimi Fərhad Mədətov Xalq şairinin yaradıcılığının müxtəlif məqamlarından söz açıb, onun Azərbaycan poeziyasında xüsusi yeri və mövqeyi olduğunu vurğulayıblar. Tədbirin qonağı, gənc müğənni Ayan Tohidi Vahid Əzizin şeirlərinə bəstələnmiş mahnılar ifa edib.

Mətbuat Xidməti