Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) professor Nəsrulla Məmmədovun təqdimatında “Qurani-Kərimin üslub və ifadə tərzi” mövzusunda seminar təşkil olunub.
Aİİ-nin müəllim və tələbə heyətinin iştirak etdiyi seminarı Dillər və ictimai fənlər kafedrasının müdiri İlkin Əlimuradov idarə edib. İ.Əlimuradov tələbələrin dünyagörüşünün, intellektual səviyyəsinin, mənəvi dünyasının zənginləşdirilməsi, elmi axtarışlara sövq edilməsi istiqamətində müxtəlif mövzularda təşkil olunan seminarlar, “dəyirmi masa”lar, təlimlər haqqında ətraflı məlumat verib. Mövzunun aktuallığına toxunan İ.Əlimuradov tələbələrin ixtisaslarına uyğun peşə vərdişlərinə yiyələnmələri üçün belə tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulayıb.
Professor Nəsrulla Məmmədov “Qurani-Kərimin üslub və ifadə tərzi” mövzusundakı məruzəsində Müqəddəs Kitabda olan ərəb dilində ifadələr, onların yazı forması və üslub tərzi haqqında ətraflı məlumat verib. Qeyd edib ki, Qurani-Kərimin ecazkarlığı, ədəbi təsvir üsulu və digər xüsusiyyətləri bütün dövrlərdə ilahiyyatçı və şərqşünas alimlərin araşdırma mövzusu olub. N.Məmmədov bildirib ki, Quranın üslubunun bütün ədəbi formalardan fərqlənməsi, onda həm nəzmin, həm də nəsrin çalarlarının olması, az ifadə ilə mənanı çatdırması alimlərin diqqətini çəkir.
N.Məmmədov Müqəddəs Kitabda surənin ayələri arasında məna və ifadəlilik ahənginin qorunub-saxlanıldığını, mövzudan-mövzuya keçiddə rabitəsizlik müşahidə edilmədiyini vurğulayıb.
Tədbir mövzu ətrafında müzakirələrlə davam edib.

Aİİ-nin Mətbuat Xidməti