Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) “Hədisləri anlamaq metodları” mövzusunda seminar keçirilib.
Tədbirdə çıxış edən Aİİ-nin kafedra müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru İlkin Əlimuradov tələbələrin intellektual səviyyəsinin, mənəvi dünyasının zənginləşdirilməsi istiqamətində institutda ardıcıl olaraq dəyirmi masalar, treninqlər, seminarlar, görüşlər keçirilməsinin xüsusi rol oynadığını diqqətə çatdırıb. İ.Əlimuradov qeyd edib ki, gənclər mütəxəssis kimi püxtələşmələri üçün öz perspektivləri naminə çalışmalı, Vətənin, millətin mənafeyi üçün xeyirxah addımlar atmalıdırlar.
Seminarda Aİİ-nin müəllimi, ilahiyyat üzrə fəlsəfə doktoru Vüqar Səmədovun “Hədisləri anlamaq metodları” mövzusunda məruzəsi dinlənilib. O bildirib ki, hədis Məhəmməd Peyğəmbərin sözlərini, hərəkətlərini və nümunəvi davranışlarını əhatə edir.
V.Səmədov hədislərin dində dörd əsas funksiyasının olduğunu diqqətə çatdırıb: “Quranın əmr və qaydalarını izah etmək; qapalı hökmləri şərh etmək; ümumi mənaları xüsusiləşdirmək; Quranın hökm bəyan etmədiyi mövzularda hökm vermək”.
Seminarda hədisləri eyni kateqoriyada dəyərləndirməyin mümkün olmadığı qeyd edilib və nümunələr göstərilib. Sonra mövzu ətrafında müzakirələr aparılıb.

Aİİ-nin Mətbuat Xidməti