Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) tədqiqatçı, tarixçi, arxeoloq, “Miras” İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlillinin təqdimatında “İslam arxeologiyası” mövzusunda seminar təşkil olunub.
Aİİ-nin İslamşünaslıq kafedrasının müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Əhməd Niyazov seminar iştirakçılarını salamlayaraq, müasir dövrdə dünyada baş verən prosesləri anlamaq üçün sosial mənsubiyyətindən asılı olmayaraq, bütün insanların maariflənməsinin vacibliyini nəzərə çatdırıb.
Ə.Niyazov tələbələrin intellektual səviyyəsinin, mənəvi dünyasının zənginləşdirilməsi yönündə İnstitutun ardıcıl “dəyirmi masa”lar, treninqlər, seminarlar, görüşlər təşkil etməsinin xüsusi önəm daşıdığını qeyd edib.
Mövzunun aktuallığına toxunan Ə.Niyazov vurğulayıb ki, Azərbaycanda sözügedən mövzuya marağı, həmçinin bu istiqamətin mahiyyəti və tarixi ilə bağlı məlumatlara olan ehtiyacı nəzərə alaraq, İnstitutda “İslam arxeologiyası” mövzusunda seminar təşkil olunub.
Aİİ rəhbərliyi, müəllim və tələbə heyətinin iştirak etdiyi seminarda tədqiqatçı, tarixçi, arxeoloq, “Miras” İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli “İslam arxeologiyası” mövzusunda “islam arxeologiyası” termininin tarixindən və bu terminin ehtiva etdiyi məna haqqında dolğun məlumat verib. O bildirib ki, islam arxeologiyası təkcə müasir İslam ölkələrini deyil, həmçinin əhalisi qeyri-müsəlman olan ölkələri də əhatə edir.
F.Xəlilli daha sonra qeyd edib ki, İslam arxeologiyasının əsas istiqamətləri maddi-mədəni abidə və artefaktların aşkarlanmasını və tədqiqini ehtiva edir. Məruzəçi bildirib ki, İslam sivilizasiyasının ən başlıca səciyyəvi əlaməti, özəlliyi və fenomeni – şəhərsalma mədəniyyətinin yüksək səviyyəyə çatmasıdır.
Azərbaycan ərazisində İslam arxeologiyasının ən qədim abidələrinin inşasının VIII əsrin sonu IX əsrin əvvəllərindən başlandığını vurğulayan F. Xəlilli bütövlükdə Azərbaycan arxeologiyasının müasir nailiyyətləri, həmçinin çağdaş dünya arxeologiyası barədə tələbələrin dərin biliklərə yiyələnməsinin vacibliyini qeyd edib.
Tədbir mövzu ətrafında müzakirələrlə davam edib, sözügedən məsələlərlə bağlı tələbələrin sualları cavablandırılıb.

Aİİ-nin Mətbuat Xidməti