Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professor-müəllim heyətinin bölgələrə səfərləri davam edir.
Universitetin təqdim etdiyi təhsil imkanlarını regionlarda tanıtmaq, orada təhsil alan bacarıqlı və savadlı abituriyentləri bu ali məktəbə cəlb etmək məqsədilə təşkil olunan növbəti səfər Şəki, Qax, Zaqatala və Balakən rayonlarına olub.
Nəzəri və praktiki iqtisadiyyat kafedrasının dosenti Namiq Sadıqov, Mühasibat uçotu və audit kafedrasının dosenti Hənifə Cəfərli və İqtisadiyyat (rusdilli) kafedrasının dosenti Ramiz Cavadov həmin rayonların aparıcı məktəblərinin yuxarı sinif şagirdləri ilə görüşüblər.
Şagirdlərə I, II, IV və V ixtisas qrupları üzrə fakültələr və tədris olunan ixtisaslar barədə ətraflı məlumat verilib. Təhsilin 4 dildə - Azərbaycan, ingilis, rus və türk dillərində aparıldığı, tədris prosesinin tamamilə elektronlaşdırıldığı, bütün auditoriyaların elektron tribuna və proyektorlarla təchiz edildiyi qeyd edilib. UNEC-in Amerika və Avropa universitetləri ilə ikili diplom və mübadilə proqramları və onların qazandırdığı üstünlüklər şagirdlərin diqqətinə çatdırılıb. Beynəlxalq olimpiada qaliblərinə, 600 və daha yüksək bal toplayan tələbələrə əlavə olaraq bir semestr boyu aylıq 100 manat xüsusi təqaüd, həmçinin hər kurs üzrə ən yüksək nəticə göstərmiş 15 tələbəyə universitet hesabına ikinci əlaçı təqaüd verildiyi qeyd edilib.
Görüş zamanı UNEC-in Zaqatala filialında I və II ixtisas qrupları üzrə qəbulun aparıldığı, tədris prosesinin elektronlaşdırıldığı qeyd edilib. Həmçinin semestr imtahanlarında ən yüksək bal toplayan tələbənin Bakıda təhsil ala biləcəyi imkanı məktəblilərin diqqətinə çatdırılıb.
Sonda şagirdlərə bukletlər paylanılıb və onları maraqlandıran suallar cavablandırılıb.

UNEC-in Mətbuat Xidməti