UNEC regionlarda tanıdılır

UNEC regionlarda tanıdılır Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) təqdim etdiyi təhsil imkanları barədə regionlarda məlumat vermək, burada təhsil alan bacarıqlı və savadlı abituriyentləri universitetə cəlb etmək məqsədilə müəllim heyətinin Azərbaycanın bölgələrinə səfərlərinə başlanılıb.
UNEC nümayəndə heyəti Quba, Salyan və Göyçay rayonlarının qabaqcıl məktəblərində olublar.
Görüşlərdə bu ali məktəb haqqında ətraflı məlumat verilib. Bildirilib ki, UNEC ölkədə dörd dildə təhsil verən və xarici ölkədə filialı olan yeganə universitetdir.
Dövlət İqtisad Universitetinin beynəlxalq ikili diplom və xüsusi təqaüd proqramları, beynəlxalq əlaqələri şagirdlərin xüsusi marağına səbəb olub. Onlar “SABAH” qrupları və mübadilə proqramları ilə maraqlanıblar.
Görüşlərdə UNEC-in tanıtım videoçarxı göstərilib, şagirdlərə məlumat kitabçaları paylanılıb.

UNEC-in Mətbuat Xidməti


UNEC regionlarda tanıdılır

UNEC regionlarda tanıdılır

Oxşar xəbərlər