Bakı Slavyan Universitetinin (BSU) tədris işləri üzrə prorektoru, professor Telman Cəfərov və Məzunların təcrübə və karyera inkişafı şöbəsinin müdiri, dosent Yaşar Alxasov Moskva Dövlət Linqvistik Universitetində (MDLU) olub, Müstəqil Dövlətlər Birliyi (MDB) dövlətlərinin dil və mədəniyyət üzrə baza təşkilatının direktoru Vladimir Konev ilə görüşüblər.
MDLU-nun nümayəndələri ilə keçirilən görüş zamanı Moskva ali təhsil müəssisəsində tərcümə üzrə kadrların hazırlanması, BSU-nun tələbələrinin təcrübə və müəllimlərinin staj keçmələri ilə bağlı geniş məsələlər müzakirə olunub.
Sonra BSU-nun nümayəndələri MDLU-da fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzində olublar. Mərkəzin direktoru, professor Zemfira Rüstəmova onlara Azərbaycan dilinin xarici dil kimi öyrənilməsində uğurlar və problemlər barədə məlumat verib.

BSU-nun Mətbuat Xidməti