Altıncı Bakı Beynəlxalq Humanitar Forumun iştirakçıları BSU-da dərsləri izləyiblər

Altıncı Bakı Beynəlxalq Humanitar Forumun iştirakçıları BSU-da dərsləri izləyiblər Oktyabrın 26-da VI Bakı Beynəlxalq Humanitar Forumun iştirakçıları - Moskva Dövlət Linqvistik Universitetinin (MDLU) rektoru, professor İrina Krayeva, amerikalı politoloq, beynəlxalq jurnalist Piter Teys və Almaniyanın Berlin Humboldt Universitetinin Azərbaycan tarixi kafedrasının müdiri, professor Yeva Mariya Aux Bakı Slavyan Universitetində (BSU) qonaq olublar.
Qonaqları salamlayan BSU-nun rektoru, professor Nurlana Əliyeva rəhbərlik etdiyi ali təhsil müəssisəsinin beynəlxalq elmi əlaqələri, dünyanın tanınmış universitetləri ilə qurulan əməkdaşlıq çərçivəsində tələbə və müəllim mübadiləsi, elmi-pedaqoji kadrların ixtisaslarının artırılması və digər məsələlər barədə söz açıb. BSU-nun MDLU ilə əlaqələrindən danışan N.Əliyeva qeyd edib ki, hər iki ali təhsil müəssisəsi arasındakı müqaviləyə əsasən birgə elmi tədbirlər təşkil olunur, elmi nəşrlər hazırlanır və bir sıra başqa istiqamətlər üzrə faydalı əməkdaşlıq həyata keçirilir. N.Əliyeva BSU tərəfindən xaricdə Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin ilk dəfə məhz MDLU-da açıldığını deyib. O, BSU-da fəaliyyət göstərən Rusiya Tədris və Mədəniyyəti Mərkəzinin nəzdində “Moskva auditoriyası” barədə məlumat verib. Söhbət zamanı N.Əliyeva Almaniyanın təhsil müəssisələri ilə BSU-nun əlaqələrinə də toxunub. Bildirilib ki, BSU-da 2010-cu ildən bəri alman filologiyası kafedrası, 2015-ci ildən isə Germanistika İnstitutu fəaliyyət göstərir. Rektor, həmçinin bu institutun nəzdindəki Vilhelm fon Humboldt adına Alman Dili və Mədəniyyəti Mərkəzinin işindən, alman dili ixtisası üzrə kadr hazırlığından söz açıb.
Azərbaycan dövlətinin təhsilə qayğısını yüksək qiymətləndirən İ.Krayeva BSU-dakı təhsil sisteminin, burada yaradılan şəraitin bunun bariz nümunəsi olduğunu deyib. O, BSU ilə MDLU arasındakı əməkdaşlığın Azərbaycan və Rusiya ali məktəbləri arasında əlaqələrin daha da möhkəmlənməsinə xidmət etdiyini vurğulayıb. İ.Krayeva MDLU-dakı Azərbaycan Dili və Mədəniyyəti Mərkəzində Azərbaycanın mədəniyyətinin, tarixi ənənələrinin yüksək səviyyədə əcnəbi tələbələrə tədris olunduğunu və rusiyalı tələbələrin Azərbaycan dilinə olan marağını xüsusi qeyd edib.
Sonra tərəflər BSU ilə MDLU arasında 2005-ci ildən mövcud olan əməkdaşlığa dair yenilənmiş müqaviləni imzalayıblar.
Tədbirin sonunda qonaqlar Moskva və Sankt-Peterburq tədris mədəniyyət mərkəzlərində, Türkiyə Araşdırmaları Tədris Mədəniyyət Mərkəzində olublar, auditoriyalarda dərslərin gedişini izləyiblər. Qonaqlar BSU-nun akt zalında slavyan ölkələrinin, Türkiyə və Azərbaycanın milli rəqslərinə tamaşa ediblər.

BSU-nun Mətbuat Xidməti


Altıncı Bakı Beynəlxalq Humanitar Forumun iştirakçıları BSU-da dərsləri izləyiblər

Altıncı Bakı Beynəlxalq Humanitar Forumun iştirakçıları BSU-da dərsləri izləyiblər

Altıncı Bakı Beynəlxalq Humanitar Forumun iştirakçıları BSU-da dərsləri izləyiblər

Oxşar xəbərlər