Rusiyalı tələbələr Bakı Slavyan Universitetində Azərbaycan dili ilə bağlı təcrübə keçiblər

Rusiyalı tələbələr Bakı Slavyan Universitetində Azərbaycan dili ilə bağlı təcrübə keçiblər Azərbaycan dilindən təcrübə keçmək məqsədilə fevralın 9-dan Bakı Slavyan Universitetinə (BSU) gələn Moskva Dövlət Linqvistik Universitetinin III kurs tələbələri bu gün proqramı müvəffəqiyyətlə başa vurublar.
Sonuncu dərs günündə tələbələrlə görüşən BSU-nun elmi işlər üzrə prorektoru, professor Rafiq Novruzov rusiyalı tələbələrə gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Əcnəbi tələbələr altıgünlük proqram çərçivəsində gəzib gördükləri Bakının mədəni, tarixi yerləri, Fəxri xiyaban, Şəhidlər xiyabanı barədə öz təəssüratlarını bölüşüblər. Getdikləri bütün məkanlarda azərbaycanlıların xoş münasibətilə qarşılaşdıqlarını deyən tələbələr onlar üçün yaradılan şəraitə görə BSU rəhbərliyinə minnətdarlıq ediblər.
Görüşün sonunda rusiyalı tələbələrə sertifikatlar və hədiyyələr təqdim olunub.

BSU-nun Mətbuat Xidməti


Rusiyalı tələbələr Bakı Slavyan Universitetində Azərbaycan dili ilə bağlı təcrübə keçiblər

Oxşar xəbərlər