Noyabrın 12-də Bakı Slavyan Universitetində (BSU) bu ali məktəblə Rus Dili və Ədəbiyyatı Müəllimlərinin Beynəlxalq Assosiasiyasının (MAPRYAL) birgə təşkilatçılığı ilə “Rus dili orta və ali təhsil müəssisələrində xarici dil kimi: dil təliminin intensivləşmə yolları” mövzusunda beynəlxalq elmi-praktik seminar öz işinə başlayıb.
Seminarda rektor Nurlana Əliyeva rəhbərlik etdiyi ali məktəbin keçdiyi yoldan, tədris prosesindən, hazırkı şəraitdə rus dili və ədəbiyyatının tədrisi istiqamətində reallaşdırılan tədbirlərdən, universitetin beynəlxalq əlaqələrindən, slavyanşünaslığın inkişafı üzrə layihələrdən danışıb. Professor N.Əliyeva Prezident İlham Əliyevin Rusiya Federasiyası ilə Azərbaycan arasında dostluq və əməkdaşlıq əlaqələrinin genişlənməsi istiqamətində gördüyü işlər, təhsil sahəsində birgə layihələr barədə məlumat verib. O, Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin BSU-nun fəxri doktoru olduğunu xatırladıb. Rus dilinin tədrisinin ölkəmizdə xüsusi ənənəsinin olduğunu, dünya ədəbiyyatının bir çox incilərinin məhz bu dil vasitəsilə Azərbaycan oxucularına təqdim edildiyini və eyni zamanda, Azərbaycan yazıçı və şairlərinin əsərlərinin rus dili vasitəsilə dünyaya çıxdığını bildirib. Rektor BSU-nun Rusiyanın 28 universiteti ilə əməkdaşlıq müqaviləsi bağladığını, birgə konfranslar, seminarlar keçirdiyini, tələbə-müəllim mübadiləsi apardığını deyib. Eyni zamanda, qonşu ölkənin bir çox ali təhsil ocaqlarında Azərbaycan dili və mədəniyyəti mərkəzlərinin fəaliyyət göstərdiyini diqqətə çatdırıb. Rektor BSU-da Moskva və Sankt-Peterburq mərkəzlərinin fəaliyyət göstərdiyini, burada gənclərin təkcə rus dilini deyil, həm də rus xalqının tarixini, mədəniyyətini, etnoqrafiyasını və ədəbiyyatını öyrəndiyini bildirib.
Sonra Rusiya Humanitar missiyasının rəhbəri Tatyana Orlova səmimi qəbula və elmi-praktik seminarın keçirilməsinə yaradılan şəraitə görə BSU rəhbərliyinə minnətdarlığını bildirib. O, Azərbaycan ilə Rusiya arasında münasibətlərin bütün zamanlarda qarşılıqlı etimad və etibara söykəndiyini deyib. T.Orlova BSU-da rus dilinə xüsusi diqqət yetirildiyini məmnunluqla qeyd edib və tələbələrin hazırlıq səviyyəsindən razılığını bildirib. O, bu ənənənin gələcəkdə də davam etdirilməsinin vacibliyini vurğulayıb.
MAPRYAL-ın baş katibi Natalya Brunova BSU-nun qapılarının elmi müzakirələrə, diskussiyalara həmişə açıq olmasına şahidlik etdiyini söyləyib. O, keçən il rus dilinin tədrisi məsələləri ilə bağlı beynəlxalq konfransa BSU-nun ev sahibliyi etdiyini və MAPRYAL-ın və Rusiya Təhsil Akademiyasının prezidenti, akademik Lyudmila Verbitskayanın rəhbərliyi ilə nüfuzlu nümayəndə heyətinin qatıldığı həmin tədbirdə son dərəcə səmərəli təkliflərin irəli sürüldüyünü xatırladıb.
Sonra BSU-nun tədris işləri üzrə prorektoru, professor Telman Cəfərovun moderatorluğu ilə müzakirələr aparılıb.
Beynəlxalq seminar işini noyabrın 13-də də davam etdirəcək.
BSU-nun Mətbuat Xidməti